Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Samuxda həmkəndlisini yumruqla öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Samuxda həmkəndlisini yumruqla öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

20.02.2023 [20:49]

Samuxda həmkəndlisini yumruqla öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Belə ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini, 1989-cu il təvəllüdlü Oktay Əliyevin həmkəndlisi, 1993-cü il təvəllüdlü Ramil Bəşirov ilə mübahisə zamanı ölməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı adıçəkilən şəxslərin içkili surətdə dalaşması, R.Bəşirovun yumruqla O.Əliyevi vuran zamanı ölməsi məlum olub.

R.Bəşirov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31