Səfirliyimizə qarşı növbəti təxribat...
28.02.2023 [10:41]
Nardar BAYRAMLI
Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycanın ABŞ-dakı səfirliyinə qarşı təxribat törədilib. Belə ki, ABŞ-dakı erməni diasporunun üzvləri səfirliyimizin yerləşdiyi küçəni bloklayıb. Erməni təxribatçılar Xocalı soyqırımı ilə bağlı uydurma iddialar irəli sürüb, plakatlar qaldırıblar. Bütün bunların fonunda ermənilər mahnı da oxuyublar. Hadisə ilə əlaqədar Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tviter hesabında yazıb: “Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”.
Xatırladaq ki, bu fakt xaricdəki diplomatik korpuslarımıza qarşı ilk təxribat deyil. Ötən il Böyük Britaniyadakı səfirliyimiz dini radikalların hücumuna məruz qaldıqdan bir müddət sonra Azərbaycanın Livan, Fransa və ABŞ-dakı səfirlikləri qarşısında erməni təxribatları törədildi. Məsələn, Livanın paytaxtı Beyrutda bu ölkənin erməni vətəndaşları Azərbaycan səfirliyinin önünə toplaşmaq və təxribat törətmək istəyərkən yerli polislə toqquşma baş verib. Əvvəlcədən planlaşdırılmış və 1000-dən çox erməninin iştirak etdiyi təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə törədilmişdi. Azərbaycan əleyhinə şüarlar səsləndirən və səfirliyin binasına daxil olmaq istəyən ermənilər onların qarşısında sədd çəkmiş Beyrut polisinə hücumlar ediblər. Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə müəyyən tədbirlər görmüşdü.
Fransada da erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın etməyə çalışmışdılar. Amma Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər. Bundan istifadə edən ermənilər əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.
Bu ilin yanvar ayında isə Azərbaycanın İrandakı səfirliyinə silahlı terror hücumu edildi, səfirliyin bir əməkdaşı öldürüldü, iki nəfər isə yaralandı. Bəs Xocalı soyqırımının 31-ci ildönümündə ABŞ-dakı səfirliyimizin qarşısında ermənilərin növbəti təxribatı nədən xəbər verir?
Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva qəzetimizə açıqlamasında bildirib ki, ermənilərin bu tipli təxribatları vaxtaşırı olaraq baş verir. Bu dəfə isə Xocalı faciəsinin anım günü ABŞ-da yaşayan ermənilərin Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında təxribat törətməsinin şahidi olduq. “Ermənilər Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaqların, qadınların və qocaların vəhşicəsinə qətlə yetirilməsini mahnılarla qeyd ediblər. Təəccübləndikmi? Əsla. Xocalı kimi qanlı soyqırımı törədən millətə elə bu da yaraşır. Cənubi Qafqaza köçürülməsi təxribat məqsədləri daşıyan bu icma hələ də millət olmağı bacarmır. Tarixdə heç vaxt əraziyə, torpağa, dövlətə və dövlətçilik ənənələrinə malik olmadığını hər an göstərir. Üstəlik, Azərbaycan səfirliyini bu cür təhdidlərə alət etmə cəhdi də ilk dəfə deyil. Bundan öncə də İrandakı Azərbaycan səfirliyində məlum terror aktı törədildi”,-deyən politoloqun fikrincə, görünür, fars-hay ittifaqı xüsusən diplomatik korpus üzərindən yeni ritorika tətbiq etməyə çalışırlar. ABŞ-dakı təxribat isə həm də Vaşinqton-Bakı münasibətlərinin pozulmasına yönəldilib. Məlumdur ki, son dövrlər Cənubi Qafqazla bağlı maraq toqquşmasında vasitəçilərin Azərbaycanla maraqlarını uzlaşdırma istəyinin şahidi oluruq. Əlbəttə ki, bu, gözləniləndir.
Həmsöhbətimiz deyib ki, Ermənistan kimi inkişafdan geri qalan, innovativ layihələr üçün heç bir töhvəsi olmayan, sülhə təhdid olan ölkə bölgədə enerji, nəqliyyat və başqa maraqları olan güclər üçün cazib ola bilməz. Bu baxımdan ölkəmizin nüfuzu haylar ölkəsiylə müqayisəyə belə gəlməz. Digər tərəfdən isə, Xocalı soyqırımına yanaşma da dəyişib. Bu gün Azərbaycan xalqı soyqırımı törədənlərdən qisasını alıb. İndi bu soyqırım xalqımızın birliyi, həmrəyliyi, milli məqsədlər ətrafında birləşməni sövq edir. Birliyimiz xain düşmənə və onun havadarlarına hər zaman gözdağı olacaq.
Səfirliklərimizə qarşı təxribatların qarşısının alınmasına gəlincə, Z.Qarayeva qeyd edib ki, diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşdiyi dövlətin xüsusi vəzifəsidir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06

