Əsrə şahidlik edən ilk agentlik
01.03.2023 [10:58]
AZƏRTAC 103 yaşını qeyd edir!
Təqvimdəki günlərin heç də hər biri sıradan, adi günlər deyil. Tarix boyu dəyişən rəqəmlər, həm də özündə hansısa əlamətdar hadisəni yaşadır. Azərbaycan mətbuatı üçün bugünkü tarixin xüsusi əhəmiyyəti var. Çünki 1920-ci ilin bu günü Azərbaycanın ilk dövlət informasiya agentliyi - AZƏRTAC-ın yarandığı gün kimi milli mətbuat tariximizə düşüb. İlk xəbəri 1920-ci il martın 2-də işıq üzü görən Agentlik Azərbaycan Xalq Cümhuriyyətində baş verən hadisələri, hökumətin gördüyü işləri cəmi 58 gün işıqlandıra bilib. Sovet dönəmində müxtəlif ictimai-siyasi hadisələr səbəbindən 7 dəfə adı dəyişdirilən agentlik həmin dövrlərdə, həm də, bir növ arxa planda qalmışdı.
Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə AZƏRTAC-ın nüfuzu yenidən bərpa oldu. Məhz Heydər Əliyevin şəxsi nüfuzu və qayğısı hesabına keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında qabaqcıl yerə çıxdı. Yeni binanın muzey hissəsində nümayiş olunan eksponatlar bunu əyani şəkildə sübut edir.
Müstəqillik illərində də Heydər Əliyev dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a xüsusi qayğı ilə yanaşırdı. 1995-ci il martın 3-də Agentliyin yenidən təşkil edilməsi haqqında imzaladığı Fərmanla AZƏRTAC-a dövlət informasiya orqanı statusu verilir, büdcə vəsaiti ayrılır, beynəlxalq informasiya məkanına çıxmaq qarşıya əsas vəzifə kimi qoyulur. Məhz həmin dövrdən AZƏRTAC regional və beynəlxalq media qurumları ilə sıx əlaqələr qurmağa başlayır.
Ölkəmizdə mətbuatın, medianın inkişafı hər zaman xüsusi diqqət mərkəzində saxlanılır, jurnalistlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Bu mənada, dövlətimizin AZƏRTAC-a göstərdiyi diqqət xüsusi qeyd olunmalıdır. Dövlət başçımızın tapşırığına uyğun olaraq həyata keçirilən tədbirlər planı nəticəsində Agentliyin son bir neçə il ərzində inkişafı, maddi-texniki imkanlarının daha da yaxşılaşması sürətlə davam edir. 2021-ci ilin dekabr ayının 27-də Prezident İlham Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinin yeni binası ilə şəxsən tanış olması deyilənlərin əyani nümunələrindən biridir.
Hazırda 7 regional və beynəlxalq media təşkilatının üzvü olan AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların arasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), Press Association (Böyük Britaniya), DPA (Almaniya), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası) və digər nüfuzlu milli xəbər yayımçıları var. Agentlik 8 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də 5 dildə videoxəbərlər yayır. AZƏRTAC-ın xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43

