/ / Şahmar Mövsümov: “Türkiyədə uğurlu torpaq islahatları ilə tanış olaraq Azərbaycana tətbiq etmək istəyirik”
Şahmar Mövsümov: “Türkiyədə uğurlu torpaq islahatları ilə tanış olaraq Azərbaycana tətbiq etmək istəyirik”
02.03.2023 [13:02]
“Türkiyədə uğurlu torpaq islahatları ilə tanış olaraq Azərbaycana tətbiq etmək istəyirik”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin Ankara bürosuna açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü Şahmar Mövsümov deyib.
O, bildirib ki, səfərinin əsas məqsədi Türkiyədə aparılan torpaq islahatları ilə tanış olmaq və bu sahədə təcrübəni öyrənməkdir: “Bildiyiniz kimi, işğaldan azad edilmiş torpaqlarımızda torpaq islahatlarınin aparılmasına dair təkliflərin hazırlanması tapşırığı var. Bu, cənab Prezident tərəfindən təsdiq olunmuş 2022-2026-cü illər üzrə sosial-siyasi inkişaf strategiyasında nəzərdə tutulmuş tədbirdir. Həmin tədbirə uyğun olaraq biz müxtəlif ölkələrin təcrübəsini öyrənirik. Qardaş Türkiyədə də bu sahədə uğurlu islahatlar aparılır və biz də sözü gedən islahatlarla tanış olmaq istəyirik”.
Qeyd edək ki, Şahmar Mövsümov rəhbərlik etdiyi nümayəndə heyəti ilə martın 1-dən Türkiyədə işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün məzarını və Ankarada Heydər Əliyev parkında Ümummilli Liderin heykəlini ziyarət edib. Mərasimdə Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və səfirliyin digər nümayəndələri də iştirak ediblər. Atatürkün və ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.
Üç günlük səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Vitse- prezidenti Fuat Oktay tərəfindən qəbul ediləcək və heyətlərarası müzakirələr aparılacaq.
Bundan başqa Kənd Təsərrüfatı Torpaqlarının idarə edilməsi mövzusunda çıxışlar və müzakirələr nəzərdə tutulub. Onu da bildirək ki, nümayəndə heyəti Kənd Təsərrüfatı və Kənd İnkişafına Dəstək İnstitutuna baş çəkəcək, institutun təcrübələri ilə maraqlanacaq.
Sevil Hilalqızı Ünal, Ankara
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06

