Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qoşulmama Hərəkatının Bakıda keçirilən Sammitində Türkiyədə və Suriyada zəlzələ qurbanlarının xatirəsi anılıb

Qoşulmama Hərəkatının Bakıda keçirilən Sammitində Türkiyədə və Suriyada zəlzələ qurbanlarının xatirəsi anılıb

02.03.2023 [13:42]

Türkiyədə və Suriyada baş vermiş zəlzələ qurbanlarının xatirəsi Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə yad olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Müzakirələrimizə başlamazdan əvvəl sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm. Hamınız bildiyi kimi, bir neçə həftə bundan əvvəl Türkiyədə və Suriyada dağıdıcı zəlzələ baş verib. Müasir dövrün ən faciəli təbii fəlakətlərindən biri olan bu zəlzələ on minlərlə insanın həyatına son qoyub. Zirvə görüşünün bütün iştirakçılarını ayağa qalxmağa və həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edirəm. Bu dəhşətli fəlakətlə əlaqədar dərindən kədərləndiyimizi bildirir, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31