“Təxribatlara çox sərt cavab verilməlidir”
12.04.2023 [21:24]
Qüdrət Həsənquliyev: “Öz qətiyyətli addımlarımızla Ermənistanı əmin etməliyik ki, ərazi iddialarından imtina etməmələri onlara baha başa gələcək”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:
- Qüdrət bəy, Paşinyan parlamentdə çıxışı zamanı qeyd edib ki, “Madrid prinsiplərindən əvvəl Ermənistan tərəfinin mövqeyi belə idi ki, Qarabağ heç bir zaman müstəqil Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin dağılması kontekstində öz müqəddəratını təyin etmək hüququndan istifadə edir”. Baş nazir qeyd edib ki, 2007-ci ildə Madrid prinsiplərinin qəbul edilməsi ilə ciddi konseptual dəyişiklik baş verib və Ermənistan razılaşıb ki, Qarabağın statusu Azərbaycanla razılaşdırılmalıdır və beləliklə də Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edib. Paşinyan dediklərində nə qədər haqlıdır?
- Paşinyan riyakarlığına görə sələflərindən fərqlənmir. SSRİ-nin sonuncu, 1977-ci il Konstitusiyasının 72 -ci maddəsinə görə yalnız müttəfiq respublikaların SSRİ-nin tərkibindən sərbəst şəkildə çıxmaq hüququ olub. Nə muxtar respublikaların, nə də muxtar vilayət və mahalların belə bir səlahiyyəti olmayıb. Konstitusiyanın 78-ci maddəsində deyilirdi ki, müttəfiq respublikanın razılığı olmadan onun ərazisi dəyişdirilə bilməz, qarşılıqlı razılaşma əsasında müttəfiq respublikalar arasında sərhədlərin dəyişdirilməsi isə İttifaq dövləti tərəfindən təsdiq olunmalıdır.
Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkib hissəsi olub və onun razılığı olmayıb ki, DQMV Azərbaycanın tərkibindən çıxsın. Azərbaycanın razılığı olmadığından İttifaq dövləti də belə qərar qəbul etməyib və etsəydi belə, Konstitusiyaya zidd olduğu üçün heç bir hüququ qüvvəsi olmayacaqdı. Yeri gəlmişkən Cəmil Həsənli irad və qeyri-vətənpərvərlik nümunəsi kimi tez-tez səsləndirir ki, məhz Heydər Əliyevin dövründə DQMV haqında qanun qəbul edilib, halbuki DQMV-nin statusu əvvəllər Əsasnamə ilə müəyyən olunurdu. Bu SSRİ konstitusiyasını bilməməzlikdən irəli gəlir. Konstitusiyanın 88-ci maddəsində düzünə gəstəriş var idi ki, muxtar vilayətlər haqqında qanunlar müttəfiq respublikaların ali soveti tərəfindən qəbul olunur. Ona görə 1981-ci ilin iyununda DQMV haqqında qanun qəbul edilmişdi. Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin bərpa olunması haqqında qanun qəbul etdi və həmin ilin noyabırında DQMV -ni inzibati ərazi vahidi kimi ləğv etdi.
Paşinyanın 2007 -ci ildə Madrid prinsipləri qəbul olunana qədər guya Qarabağın “öz müqəddəratını təyin etməsinin” hansısa hüquqi əsası varmış deməsi, adəcə erməni həyasızlığı olmaqla yanaşı cəfəngiyyatdır.
- Qüdrət bəy, dünən Laçında baş verənlərə də münasibətinizi bilmək istərdik.
- Laçında baş verənlər növbəti erməni təxribatı idi. Allah şəhidlərimizə rəhmət eləsin, yaralanlara şəfa versin. Şəhidlərimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirəm. Ermənistan Rusiyanın Ukraynada məğlubiyyətini gözləyir və sülh sazişi imzalamamaq üçün havadarlarının da təhriki ilə bu cür təxribatlar törədir. Onlar vaxt udmaqla geosiyasi vəziyyətin onların xeyrinə dəyişəcəklərinə ümid bəsləyirlər. Erməni siyasi ekspertlərin mütləq əksəriyyəti öz hökumətlərinə danışıqları uzatmağı tövsiyyə edirlər. Onlar inanırlar ki, Rusiya məğlub olsa və bunun nəticəsi olaraq Qorbaçov və ya Yeltsin kimi qərbyönümlü birisi hakimiyyətə gəlsə birinci Qarabağ savaşında olduğu kimi Rusiya Qərbin də təhriki ilə Ermənistana işğalçılıq siyasətində açıq dəstək verəcək. Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli Birgə Bəyanatın müddəalarına əməl etməməklə, sərhəddə bu tipli təxribatlar törətməklə süni gərginlik yaradıb danışıqlardan yayınır. Bu cür təxribatları törətməkdən ona görə çəkinmirlər ki, görürlər ki, nə Qərb, nə də Türkiyə istisna olmaqla regionun digər dövlətləri sülhdə maraqlı deyil. Heç kim Ermənistana öhdəliklərini yerinə yetirməsi üçün təzyiq etmir. Bəzi dövlətlər isə revanşistləri ruhlandırmaq üçün onları silahlandırır.
Bizim üçün ilk olaraq yeganə çıxış yolu ondan ibarət olmalıdır ki, bu tipli təxribatlara çox sərt cavab verilməli, Qarabağın erməni sakinlərinin qaz və elektriklə təminatını Azərbaycan öz üzərinə götürməli, Ermənistandan gələn qaz və elektrik xətləri kəsilməli, Laçında Ermənistanla dövlət sərhəddi bərpa olunmalıdır. Öz qətiyyətli addımlarımızla Ermənistanı əmin etməliyik ki, ərazi iddialarından imtina etməmələri onlara baha başa gələcək.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14

