Gələcəkdə cibimizdə hansı texnologiyaları daşıyacağıq?
03.05.2023 [11:22]
Qönçə QULİYEVA
Cibimizdən ayırmadığımız, işlərimizin bir çoxunu həll etməkdə kömək olan telefonlar daha modern görüntü ilə yanaşı, texniki təchizatı ilə də hər kəsi təəccübləndirməkdə davam edir. Rəqəmsallaşmanın və texnologiyanın həyatımıza daxil olması ilə hər gün daha yüksək iş qabiliyyətinə malik smartfonlar istifadəçilərə təqdim olunur. Təxminən 10 il əvvəl sadə emal gücünə malik, texniki təchizatı çox aşağı olan telefonlar bu gün süni intellektin və texniki təchizatın çox yüksək olduğu ağıllı telefonlarla əvəzlənib. Bəs gündən-günə funksiyaları artan telefonlarda gələcəkdə hansı yeniliklər gözlənilir?
Gələcəkdə telefonlarla bağlı hansı proseslərin baş verəcəyi ilə bağlı bir xeyli müxtəlif proqnozlar var. Lakin əvvəlcə telefonların hansı məqsədlərlə icad olunduğuna nəzər yetirmək pis olmazdı. İnsanoğlunun bu kəşfi ilkin mərhələdə yalnız zəng və mesajlama, yəni, qısa rabitə üçün istifadə olunurdu. Sonradan texnologiyanın sürətli inkişafı ilə mobil telefonların xüsusiyyətləri artdı. Texnoloji inqilab nəticəsində mobil telefonların bir çoxu artıq süni intellekti dəstəkləyir. Yeni nəsil smartfonlar çoxlu sayda ekran xüsusiyyətlərinə, bir çox mobil proqram və multimedia məzmununu saxlamaq üçün kifayət qədər yaddaş tutumuna, sürətli enerji qabiliyyəti və soyutma sistemi kimi əlavə xüsusiyyətlərə malikdir. Mobil telefonların qısa zaman kəsiyində bu qədər inkişaf yolu keçməsi smartfon həvəskarlarını dərindən düşünməyə sövq edir: görəsən, yaxın gələcəkdə daha hansı yeniliklərə şahidlik edəcəyik?
Məlum olduğu kimi, mobil telefonlardakı dəyişiklik əvvəlcə özünü proqram təminatında göstərmiş oldu. “Android” və “İOS” istifadəçilər tərəfindən geniş şəkildə axtarılan ən rahat və əlverişli əməliyyat sistemlərinə çevrildi. Proqnozlara görə, gələcəkdə rahat istifadənin və əlçatanlılıq baxımından daha asan ünsiyyət qa?i?iyyətinə malik sürətli telefonlara daha çox tələbatın olduğunu müşahidə edəcəyik. Sürət dedikdə 5G-nin daha geniş arealda tətbiqi nəzərdə tutulur. Ehtimallara görə, 5G texnologiyasının tətbiqindən sonra 3D texnologiyalarılarında da yeniliklər müşahidə ediləcək.
Gələcək telefonlar necə işləyəcək?
Bu gün bir çox ölkədə 4G-dən istifadə olunur, bəzi ölkələr isə 5G texnologiyasından istifadə edir. Hətta Çin artıq 6G istiqamətində addımlar atıb. Bu da təbii ki, gələcəkdə ünsiyyətin necə olacağı sualına cavab verir. Başqa sözlə, yüksək internet sürəti ilə yanaşı, mobil cihazlardan istifadə təcrübəsi də yaxşılaşacaq. “Apple” və “Samsung” kimi texnologiya nəhəngləri də istehsal zamanı 6G texnologiyasına böyük maraq göstərir.
Gələcək telefonların bir çoxunda plastik sim kart istifadəsi olmayacaq. Yəni ki, yeni nəsil mobil telefonların bir çoxunun dəstəkləyəcəyi E-sim texnologiyası sayəsində yeni xətt-nömrə almaq daha asanlaşacaq.
Bundan başqa, yeni telefonlarda hologram texnologiyası, qırılmaz ekran, daha çox estetik elementlər, göz hərəkətləri ilə idarəetmə, süni intellektin daha da mükəmməlləşdirilməsi, uzunmüddətli batareya saxlamaq qabiliyyətləri olacaq.
Smartfon cihazlarındakı çıxıntılar onu su sızıntılarına qarşı həssas edir. Lakin bunun mənfi tərəfləri də var. Onlardan biri yeni cihazların toza meyilli olması, digəri isə 3,5 mm qulaqlıq yuvasının olmamasıdır. Təbii ki, ənənəvi qulaqlıqların və kabelli adapterlərin sıradan çıxmasının da öz səbəbləri var. Bunun başlıca səbəbi isə daha artıq gəlirin əldə olunmasıdır. Başqa sözlə, istehsalçıların simsiz şəbəkələrə üstünlük verməsi ilə yeni alətlər yaranmış olur ki, onların da qiymətləri digərlərinə nisbətdə bir xeyli bahadır. Məsələn, əvvəlki qulaqlıqların bazar qiyməti 1-5 dollar aralığında idisə, indiki müasir qulaqlıqların minimal qiyməti 30 dollardan yuxarı təklif olunur.
Yaxın gələcəkdə telefonların giriş-çıxış yerlərinin ümumiyyətlə ləğvi planlaşdırılır. Yeni nəsil telefonları bir dəfə tam enerji ilə doldurmaqla 5 gün istifadə etmək olacaq. Bununla belə, enerjiyə ehtiyac dəfələrlə artacaq. Təbiət üçün daha az zərərli və ən azı 5 gün istifadə müddəti təqdim edən batareya üzərində işlər hələ də davam edir. Gələcəkdə kabelsiz enerji doldurma texnologiyaları da inkişaf etdiriləcək.
2030-cu ildə telefonların necə olacağı sualının cavablarından biri də holoqram texnologiyalarıdır. Bu texnologiya gələcək telefonlarda standart olaraq görünəcək. Bundan başqa, yeni nəsil telefonlarda yüksək keyfiyyətli kamera xüsusiyyətləri gələcək. Smartfonlar qabaqcıl kamera xüsusiyyətləri sayəsində, demək olar ki, foto və video kamera kimi fəaliyyət göstərir. Əslində, mobil fotoqrafiya trendə çevrilərkən kamera sənayesinin böyüməsinin dayanması gündəmə gəlib. Smartfon istehsalçıları kameraların sayını rəqabət elementinə çeviriblər. Gələcəkdə kamera xüsusiyyətlərində də təkmilləşdirmələrin olacağı istisna edilmir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46

