Heydər Əliyev - Sahibkarların böyük dostu
23.05.2023 [11:15]
Nardar BAYRAMLI
Bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız Ulu Öndərimizin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Məlumdur ki, ulu öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyasının müəllifidir. Ölkəmizin hərtərəfli inkişaf strategiyasında iqtisadiyyatın inkişafı xüsusi yer tutur. Bu baxımdan, bazar iqtisadiyyatı şəraitində sahibkarlığın da inkişafı mühüm amildir ki, ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə bu məsələ daim diqqət mərkəzində saxlanılıb. Daha dəqiq desək, Azərbaycanda bütün sahələrin, o cümlədən də sahibkarlığın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayıb. Böyük dövlət xadimi Heydər Əliyev bu məsələ ilə bağlı bildirib: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olub. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artmağa başlayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində tədbirlər görüldü, mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.
Sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar
Qeyd edək ki, Ulu Öndər hələ 1993-cü ildə “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995) Dövlət Proqramı”nı təsdiq etmişdi. Bu fakt Onun ölkə sahibkarlarına diqqətinin bariz nümunəsidir. 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” imzalanan Fərman isə bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəlmişdi. Bununla yanaşı, nəzarətin təkmilləşdirilməsi istiqamətində dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib. Eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində 1997-2000-ci illəri əhatə edən Dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olub, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilib.
Ümumiyyətlə, 1993-2003-cü illərdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin və hüquqi bazanın yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına münbit şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Həmçinin bu sahə ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılıb. Onu da vurğulayaq ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olub. 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” və 7 yanvar 1999-cu il tarixli “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanlar məhz bu məsələ ilə əlaqədardır. Bunlardan əlavə, Heydər Əliyev tərəfindən 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlar imzalanıb.
Sahibkarlığın inkişafına dövlət dəstəyi uğurla davam edir
Ulu Öndərin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” da təsdiq edilib ki, bu da özəl sektorun dirçəlişində vacib addımlardan biri oldu. Hazırda da ölkədə sahibkarlığın inkişafına dövlət tərəfindən maliyyə dəstəyi göstərir, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olur. Bütün bunlarla yanaşı, sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərən ulu öndər
Heydər Əliyev mütəmadi olaraq iş adamları ilə görüşlər keçirir, onların problemləri ilə maraqlanır və bu problemlərin həlli üçün lazımi addımlar atırdı. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təqdirəlayiq haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı hesabına genişlənib. Prezident İlham Əliyev respublikamızda sahibkarlığın inkişafının prioritet olduğunu bəyan edib.
Son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş ölkələrdə milli valyutaların dəyərdən düşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti və vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradıb. Bütün bunlar sahibkarlığın inkişafı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün uğurla davam etdirilməsinin bariz nümunələridir.
Nardar BAYRAMLI,
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir”
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

