İqtisadi inkişafın “Azərbaycan modeli”...
27.05.2023 [10:41]
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
Heydər Əliyev
Yeganə BAYRAMOVA
Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dünya iqtisadi sektorunda ən sabit və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan Azərbaycan müstəqillik əldə etdikdən sonra əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Ümummilli Liderin həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün oldu. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda kompleks islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Bu mənada, demək olar ki, Ulu Öndərimizin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.
Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Ölkəmiz yüksək inkişaf etmiş iqtisadiyyatı ilə dünya arenasında öz adından bəhs etdirir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin hakimiyyəti dövründə misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər hazırda ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.
Heydər Əliyev Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərkən deyirdi: “Respublika iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları ölkəni ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Ulu Öndər iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etməyi nəzərdə tuturdu. Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, azad bazar iqtisadiyyatının bərqərar olmasına təkan verdi. Görülmüş işlər nəticəsində Azərbaycan dayanıqlı inkişaf yoluna qədəm qoydu, iqtisadi inkişafın “Azərbaycan modeli” yaradıldı.
Müstəqilliyin ilk illərində respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və inflyasiyanın qarşısını almaq üçün aparılan sərt büdcə-kredit siyasəti nəticəsində makroiqtisadi sabitliyə nail olundu. Tənəzzüldən sonrakı inkişaf dövrü isə daha çevik makroiqtisadi siyasət alətlərindən istifadə etməyə imkan verdi.
1990-cı illərin əvvəllərində Azərbaycanı düşdüyü ağır iqtisadi durumdan çıxarmağın yeganə yolunu respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadədə görən Heydər Əliyev neft amilini məharətlə işə saldı. Bu gün qətiyyətlə demək olar ki, hakimiyyətə qayıdışı ilə əldə edilən bütün uğurların kökündə Heydər Əliyevin neft strategiyası dayanır.
“Qara qızıl”la gələn şöhrət - “Əsrin müqaviləsi”
Heydər Əliyevin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də neftlə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.
Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar”.
Miqyasına və əhəmiyyətinə görə sonralar bütün dünyada haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu müqavilə Azərbaycanın müstəqilliyi və rifahı naminə Heydər Əliyev tərəfindən hazırlanmış və Xəzər dənizini dünyanın yeni neft mərkəzlərindən birinə çevirmiş neft strategiyasının reallaşdırılmasının əsasını qoydu.
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın beynəlxalq transmilli şirkətlərlə birgə faydalı əməkdaşlığı sonralar “Şahdəniz”, “Abşeron”, “Ümid”, “Şəfəq-Asiman”, “Dostluq” neft və qaz yataqlarının istismarına yol açdı. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası Azərbaycanın davamlı inkişafını şərtləndirdi, respublikamızı qlobal və regional miqyasda etibarlı tərəfdaş və söz sahibi olan qüdrətli ölkəyə çevirdi.
Heydər Əliyev neft strategiyasının mahiyyətini izah edərək deyirdi: “Neft strategiyasının istiqamətlərindən biri də budur ki, biz müəyyən bir dövrdə ayrı-ayrı dünya şirkətləri ilə əməkdaşlıq edərək, təcrübə toplayıb, vəsait əldə edib, müasir texnikanı, texnologiyanı mənimsəyib işlərin çoxunu gələcəkdə özümüz görməliyik”.
Beləliklə, Ulu Öndərin neft strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən etibarən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. Bu gün Azərbaycan dövləti özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqazın lideri, bütün dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir.
Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir. Əhalinin sosial maraqlarının təminatı, ölkənin iqtisadi potensialının xalqın rifahına yönəldilməsi dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edilib. Çünki milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafı Ulu Öndərin əsas strateji hədəflərindən biri idi.
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir
Xəbər lenti
Hamısına baxDünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01

