Azərbaycan və Gürcüstan XİN arasında siyasi məsləhətləşmələr keçirilib
19.06.2023 [22:11]
Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfindən isə həmin ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsalia rəhbərlik edib.
İlk öncə nümayəndə heyəti Tbilisi şəhərindəki Heydər Əliyev Parkına gələrək Ümummilli Liderin parkda ucaldılmış abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub. Həmçinin nümayəndə heyəti Qəhrəmanlar meydanındakı Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub.
Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. İqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd edilib. Azərbaycan-Gürcüstan əməkdaşlığının regiona töhfəsinin vacibliyinə vurğu edilib. Eyni zamanda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının və regional əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə qarşı tərəfə məlumat verib. Bu çərçivədə, Gürcüstan rəhbərliyinin və hökumətinin təşəbbüslərinin yüksək qiymətləndirildiyi bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar və bu addımlara münasibətdə Ermənistan tərəfindən aparılan pozuculuq fəaliyyətlərini qarşı tərəfin diqqətinə çatdırıb.
Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyərinə toxunub, hər iki ölkənin səfirliklərinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüş zamanı, Azərbaycan və Gürcüstan arasında strateji xarakter daşıyan dostluq və qonşuluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35

