75 il öncə...
23.06.2023 [10:55]
Beynəlxalq Olimpiya Günüdür
23 iyun dünyada Beynəlxalq Olimpiya günü kimi qeyd edilir. Bu günün əbədiləşdirilməsi ilə bağlı təklif 1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İsveçin paytaxtı Stokholmdakı 41-ci sessiyasında irəli sürülüb. 1948-ci ildə ilk dəfə 23 iyunun Beynəlxalq Olimpiya Günü 9 ölkədə qeyd olunub. Bu günün əhəmiyyətini böyütmək, bütün milli olimpiya komitələrinin bayramı qeyd etməsi üçün isə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilib.
Olimpiya oyunları beynəlxalq idman aləminin ən populyar ictimai idman hadisəsidir - 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsinin tarixi isə qədəm dövrlərə söykənir. Hələ qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpası təşəbbüsü XIX əsrin sonlarında irəli sürülür. Beləliklə, 1896-cı ildən Yay Olimpiya Oyunları kimi tanınan beynəlxalq tədbir idman həyatımıza daxil olur. 1924-cü ildən isə Qış Olimpiya Oyunları təsis edilir. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi.
Beynəlxalq Olimpiya günü Azərbaycanda da qeyd olunur. Beynəlxalq Olimpiya hərəkatının bir hissəsi olan Azərbaycanın Milli Olimpiya Komitəsinin inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. 1997-ci ildən özünün inkişafında böyük vüsət əldə etmiş Milli Olimpiya Komitəsinin qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər saysızdır. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublikamız 5 nəfər idmançı ilə dörd yarışda təmsil olundu. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. 2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı oldu. ABŞ-ın Soit Leyk siti şəhərində keçirilən bu oyunlarda idmançılarımız 3 yarışda iştirak etdilər. 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında, idman tariximizdə ilk dəfə olaraq, 5 medal qazandı. Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanın gənc atletləri beşi qızıl olmaqla 12 medal qazanaraq, 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün qurulmuş və uğurla inkişaf etdirilən idman siyasətinin nəticələridir.
Ölkəmizdə çoxsaylı müasir Olimpiya mərkəzləri fəaliyyət göstərməkdədir. İdmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanı dünyanın idman mərkəzlərindən birinə çevirib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14

