Daha 1 il...
06.07.2023 [10:41]
Yens Stoltenberqin səlahiyyət müddəti növbəti ilin oktyabr ayınadək uzadılıb
GÜLAY
NATO-nun Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 2023-cü il sentyabrın 30-da başa çatır. Xatırladaq ki, baş katib Yens Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Artıq o, üç müddətə bu vəzifədə çalışıb. Sonuncu uzadılma isə bir il müddətinə, 2023-cü ilin sentyabrın sonuna qədər tətbiq edilib. Stoltenberqin 64 yaşı var və bundan əvvəl Norveçin Baş naziri olub.
İyulun 4-də NATO ölkələri baş katib Yens Stoltenberqin səlahiyyət müddətinin uzadılması ilə bağlı razılıq məsələlərini müzakirəyə çıxarmışdılar. NATO diplomatları Stoltenberqin böhran vəziyyətlərində hərbi alyansı idarə etmək bacarığını qeyd ediblər. Onlar hesab ediblər ki, baş katibin səlahiyyət müddətinin uzadılması vaxta qənaət etməyə və namizədlərlə bağlı debatlar təşkil etmək əvəzinə diqqəti Ukraynaya dəstək göstərilməsinə cəmləməyə imkan verəcək. Son məlumatlara əsasən, Baş katib Yens Stoltenberqin 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacağı təsdiq edilib. Bu barədə Stoltenberq özü açıqlama verib.
Qeyd edək ki, Stoltenberq 2023-cü ilin sentyabrında vəzifəsini tərk etməli idi. Hələ fevral ayında o, müqaviləsini yeniləmək istəmədiyini bildirmiş, baş katibin mətbuat katibi Oana Lunqesçu fevral ayında Yens Stoltenberqin səlahiyyətlərinin uzadılmasına cəhd etmək niyyətində olmadığını və yenidən təklif edilsə belə, bu ilin oktyabrında vəzifəsindən getmək niyyətində olduğunu ictimaiyyətə çatdırmışdı. Lakin xarici mətbuatın yazdığına görə, NATO ölkələri ondan vəzifəsində qalmasını istəyiblər. Hətta ABŞ Prezidenti Co Bayden Yens Stoltenberqin vəzifəsində qalmaq istəyini də 12-13 iyun tarixlərində Vaşinqtona səfəri zamanı NATO Baş katibinə ünvanlayıb. Nəhayət, iyulun 4-də NATO müttəfiqləri bu barədə qərar qəbul ediblər.
Xatırladaq ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Danimarkanın Baş naziri Mette Frederiksenin baş katib postuna namizəd olması da müzakirə olunan məsələlərdən idi. Ben Uolles
NATO-ya rəhbərlik etmək niyyətində olduğunu açıq şəkildə bəyan etsə də, digəri bu vəzifəyə namizədliyini verməkdən imtina edib. Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun baş katibi ola bilməməsinin səbəbini Ukraynaya fəal dəstəyinin nəticəsi olaraq göstərilir. Onun namizədliyinin qarşısının ABŞ və Fransa tərəfindən alındığına dair iddialar səsləndirilir. Həmçinin iddia edilir ki, Baydenin namizədi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen olub, lakin NATO üzvləri yeni baş katiblə bağlı konsensusa gələ bilməyəndən sonra Yens Stoltenberqin adı üzərində dayanıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35

