/ / Əliməmməd Nuriyev: Azərbaycanın bu barədə məlumatlandırılması beynəlxalq hüququn tələblərindən biridir
Əliməmməd Nuriyev: Azərbaycanın bu barədə məlumatlandırılması beynəlxalq hüququn tələblərindən biridir
06.07.2023 [10:47]
Nardar BAYRAMLI
İyulun 4-də İran Məhkəmə Sisteminin sözçüsü Məsud Setayeşi Tehranda keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinə gözlənilməz hücum baş verib və acı hadisə idi: “Odur ki, ölkənin məhkəmə, siyasi və güc orqanları hər zaman bildiriblər ki, bu hücumun əsas günahkarı və ya bunda əli olan digər şəxslərlə qətiyyətli və qanuni şəkildə davranmaq lazımdır. Artıq istintaq yekunlaşıb. Geniş araşdırmalardan sonra qeyd olunub ki, işin müxtəlif aspektləri aydınlaşdırılmalı və iş Azərbaycan hökuməti ilə əməkdaşlıq şəraitində hökmün çıxarılması ilə nəticələnməlidir. Əvvəlkitək iş üzrə eyni müttəhim keçir”.
Qeyd edək ki, Azərbaycan tərəfinə terror hadisəsi ilə bağlı istintaqın yekunlaşması barədə məlumat verilməyib. Bunun da bəzi səbəbləri ola bilər. Məlumdur ki, saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir. Hadisə baş verən gün polis hücum edən şəxsin səfirliyin binasının yanında müsahibə verməsinə və cinayətin motivlərini açıqlamasına şərait yaradıb. O, cinayətin səbəblərini “ailə və şəxsi problemləri ilə” əlaqələndirib, deyib ki, guya onun Azərbaycan vətəndaşı olan xanımını səfirlikdə “gizlədiblər”. Tehran cinayəti törədənin psixi problemlərinin olduğunu iddia edib.
İstintaqın yekunlaşdırılması ilə bağlı Azərbaycan tərəfinə məlumat verilməsi rəsmi Tehranın borcudur.
Bu barədə yeniazerbaycan.com-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, bunu həm Vyana Konvensiyası, həm də beynəlxalq hüquq tələb edir.
“Çünki bu, adi cinayət hadisəsi deyil. Söhbət bir ölkənin ərazisində digər dövlətin diplomatik nümayəndəliyinə qarşı törədilən cinayət hadisəsindən gedir. Bu cinayət nəticəsində səfirliyin bir əməkdaşı öldürülüb, digəri isə yaralanıb. İran dövlətinin borcudur ki, Azərbaycanın müvafiq qurumlarını istintaqın gedişi barədə məlumatlandırsın. Bu, birgə əməkdaşlıq şəraitində baş verməlidir. Çünki həmin terror cinayəti İranın daxili məsələsi deyil. Burada zərərçəkən bizim dövlətimizdir. Azərbaycanın istintaqın gedişi və yekunlaşması haqqında məlumatlandırılması beynəlxalq hüququn tələblərindən biridir”, - deyə Ə.Nuriyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

