Azərbaycan Transxəzər layihəsini dəstəkləsə də...
25.07.2023 [12:12]
Mübariz FEYİZLİ
Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan Transxəzər Qaz Boru Kəməri layihəsində Azərbaycan da mühüm məntəqələrdən biri kimi müəyyənləşdirilib. Belə ki, Xəzərdən sonra bəhs olunan marşrutun quru hissəsinin respublikamızın ərazisindən keçirilməsi planlaşdırılır. Prinsip etibarı ilə respublikamız bu layihəyə etiraz etmir və onun reallaşdırılmasına siyasi dəstək verir. Prezident İlham Əliyev ölkəmizin Transxəzər layihəsinə müsbət yanaşdığını müxtəlif auditoriyalarda dəfələrlə diqqətə çatdırıb. Dövlətimizin başçısı bu xüsusda növbəti dəfə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilmiş Şuşa Qlobal Media Forumunun açılış mərasimində danışıb. “O ki qaldı, Transxəzər layihəsinə, bu layihə bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz nə edə bilərik? Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Eyni zamanda, Prezident İlham Əliyev respublikamızın indiyədək reallaşdırılmasına nail olduğu layihələrdən bəhs edib. Azərbaycanın təşəbbüskarı olduğu layihələr həmin o layihələrdir ki, bu, ölkələrin resurslarına əsaslansın. Məsələn, Cənub Qaz Dəhlizi. “Biz o layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Bizim, sözsüz ki, Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ümidvaram ki, ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək”, - deyə dövlətimizin başçısı bildirib.
Cənub Qaz Dəhlizinin resurs mənbəyi qismində məhz Azərbaycan qazı çıxış edir. Qeyd edək ki, respublikamızın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Hələlik “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bununla belə, respublikamız Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyir. Bir qədər bundan əvvəl respublikamızda ən azı 300 milyard kubmetr ehtiyatı olan “Abşeron” qaz yatağının ilk mərhələdə istismarına başlanıb. Buradakı ilk quyu “Şahdəniz”dəki bütün quyulardan daha məhsuldardır. Ölkəmizin istehsal və ixrac həcmlərini artıracağının anonsunu edən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan daha çox qaz istehsal edəcək və hər yeni il əvvəlki ildən daha çox istehsal edir. Məsələn,2021-ci ildə biz 19 milyard kubmetr ixrac edirdik, keçən il artıq 22-yə qalxmışdır və cari ildə 24 olacaq”.
Hazırda Azərbaycan qaz istehsalının artmasına uyğun olaraq üç il bundan əvvəl inşa edilən Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə məşğuldur. TAP boru kəməri 10 milyard kubmetrə hesablanmışdısa, genişləndirmə layihəsinə uyğun olaraq onun ötürücülük imkanları 20 milyard kubmetrə qaldırılmalıdır. TANAP-ın isə ötürücülük imkanları 16 milyard kubmetrdən 32 milyard kubmetrə çatdırılacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

