Motsart niyə Türk Marşını yazdı?
26.07.2023 [15:41]
Tarix: 1782-ci il 16 iyul axşamı. Məkan: Vyana Saray Operası (indiki:Vyana Dövlət Operası). İlk dəfə nümayiş olunan “Saraydan qaçırılma” tamaşası böyük səs-küyə səbəb oldu. Tamaşaçılar dinlədikləri melodiyalara sanki valeh olmuşdular. Notlar arasındakı o coşğulu keçidlər bir növ, damarlarına nüfuz etmişdi. Bu hiss vyanalılara olduqca tanış idi. Amma necə...? Əlbəttə ki, söhbət Mehtər Marşının melodiyalarından gedir. Tarixə nəzər salsaq görərik ki, Osmanlı imperiyası 1529-1683- cü illərdə Vyananı iki dəfə mühasirəyə almışdı. Gözlədikləri nəticəni əldə edə bilməsələr də, adını Avropaya yaymağı bacarmışdı. Osmanlıların Vyananı mühasirəyə aldığı müddətdə çaldığı Mehtər Marşı yerlilər tərəfindən böyük marağa səbəb olmuşdu. Nə qədər qorxurdularsa, bir o qədər də bəstəyə heyran qalırdılar. Çünki marş zamanı istifadə olunan musiqi alətləri Qərb musiqi dünyası üçün olduqca yad idi. Avropalılar ilk dəfə idi ki, bu kimi alətlərlə tanış olurdular. Vyanalılara bu melodiyanın tanış gəlməsinə səbəb məhz bu idi.
Bir qədər haşiyəyə çıxaq...
Həmin məftunedici bəstə Volfqanq Amadey Motsartın da qulağına çatmışdı. Motsart niyə Türk Marşını yazmışdı? Əbəs yerə, bu mövzuya toxunmadıq. Axı bu gün dünyaca məşhur bəstəkarın doğum günüdür. O, 26 iyul 1791-ci ildə Vyanada anadan olub. Bu dahi oğlan haqqındakı hekayətləri dinlədikcə sanki, özünü əfsanənin içərisində tapmış kimi olursan. Hələ 6 yaşında ikən bəstəkar adını alan Motsarta 14 yaşında İtaliyanın Milan şəhərindəki opera teatrı tərəfindən “Mitridat Pont padşahıdır” operasını bəstələmək sifariş edilirdi.
Buna baxmayaraq, uzun müddət borc içində yaşadı. 1787-ci ildə bəstələdiyi bəstələrlə lazımı uğuru qazana bilməyən Motsartın maddi vəziyyəti daha da pisləşdi. 1791-ci il dekabrın 5-də otuz altı yaşı tamam olmamış gözlərini dünyaya əbədi yumdu. Kimsəsiz halda tələsik şəkildə dilənçilər üçün ayrılmış məzarda dəfn edilib. Ən pisi isə odur ki, bütün araşdırmalara baxmayaraq, bu məzarın yeri hələ də öyrənilməyib. Dünyaya dahi gəldi, kimsəsiz, urvatsız getdi. Ondan geriyə isə şah əsərləri qaldı... Haqqında danışdığımız “Türk Marşı” da bu səpkidəndir. V.A.Motsart 1783-cü ildə Mehter Marşının ritmindən ilhamlanaraq "Rondo alla Turca" yəni, “Türk marşı”nı bəstələdi və əsər tamaşaçılara təqdim edildi. Bu gün kompozisiyadan Türkiyə Cümhuriyyətinin bütün özəl tədbirlərində istifadə olunur. Az öncə verdiyimiz “Motsart niyə Türk Marşını yazmışdı?” sualının isə bir cavabı vardı. Osmanlı imperiyası zəngin mədəniyyətini Avropa və dünyaya aşılamağı bacarmışdı. Dünya bu mədəniyyətə az qala səcdə edirdi. Motsart da mədəniyyətə biganə qala bilməmişdi.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

