Tanınmış yazıçı Varislə gənclərin görüşü keçirilib
04.08.2023 [11:07]
Qarabağ müharibəsindən bəhs edən roman müzakirə edilib.
“Böyük Qayıdış” Gənclər Təşkilatının və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Libraff”da tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyasının həmsədri Varisin gənclərlə görüşü keçirilib.
Görüş Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən “Qırmızı ləçəklər” romanının müzakirəsi əsasında baş tutub. İki saat davam edən görüşdə iştirak edən gənclər bu dəyərli əsər haqqında müəllifin özündən məlumat alıb, fikir mübadiləsi aparıb və onları düşündürən suallara cavab tapıblar.
Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevlə belarus gözəli Qalina Mankonun Belarusiyada başlayıb Xocalıda bitən müdhiş sevgi hekayəsindən bəhs edən, erməni vəhşiliklərini və Xocalı müdafiəçilərinin qəhrəmanlıqlarını tərənnüm eləyən bu roman təsadüfi deyil ki, oxucular tərəfindən çox sevilir. Məhz buna görə də əsərin ilk tirajı bitdikdən sonra təkrar nəşr edilərək kitabsevərlərin ixtiyarına verilib.
Görüşdə gənc ədiblər də iştirak ediblər, onlar yazıçıdan oxunaqlı yazı yazmağın sirlərini öyrəniblər. Tədbirdə, həmçinin təşkilatların gənc auditoriya ilə gördükləri işlərin önəmindən, kitab təbliğatına verdikləri dəyərdən bəhs edilib, onlara gələcək fəaliyyətlərində uğurlar, yazıçıya isə Azərbaycan həqiqətlərini yorulmadan dünyada təbliğ etməsi işində bol enerji və müvəffəqiyyətlər arzulanıb.
Sonda tədbirdə iştirak edən gənclərə müəllifin imzalı kitabları hədiyyə edilib və xatirə fotoları çəkilib.
Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatının və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Qarabağ mövzusunda yazılmış əsərlərin müzakirəsi əsasında silsilə görüşlər həyata keçirilir. Bundan öncə “Dolu” romanının və “Bütün yollar Şuşaya aparır” əsərinin gənclərin iştirakı ilə müzakirəsi baş tutub.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

