/ / “Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatını pisləyib
“Environmental Protection First” Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatını pisləyib
10.08.2023 [12:51]
“Environmental Protection First” Koalisiyası Ermənistanın Cənubi Qafqaz ekologiyasını fəlakət bölgəsinə - “hamı üçün faciə”yə çevirməsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda yeni yaradılan koalisiyanın Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycan ilə sərhəddə - Arazdəyəndə tikilməkdə olan metallurgiya zavodu ilə bağlı cavab bəyanatı sərt şəkildə qınanılıb. Bildirilib ki, Ermənistan belə böyük metallurgiya zavodunu inşa etməklə beynəlxalq səviyyədə qəbul edilmiş standart və prinsiplərə, xüsusən də Espo Konvensiyasının tələblərinə məhəl qoymur. Espo Konvensiyası ekoloji məsələlərin milli sərhədlərdən kənara çıxdığını qəbul edir və bir çox ölkənin konkret işlərə cəlb edildiyi zaman beynəlxalq dialoqun vacibliyini vurğulayır. Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma olmadan sərhədboyu ərazidə belə böyük obyektin yaradılması sərhədlərlə bağlı situasiyalarda ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlmiş Espo Konvensiyasının açıq şəkildə pozulması deməkdir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı ratifikasiya ediblər. Həmin Konvensiyaya uyğun olaraq, tikinti ilə bağlı ekoloji qiymətləndirmə hesabatı əraziyə yaxın yaşayan qonşu Azərbaycan vətəndaşları və ekofəallar nəzərə alınaraq, Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırılmalıdır.
Bəyanatda vurğulanıb ki, Ermənistan bu zavodun tikintisi ilə bağlı Azərbaycanın hər hansı qurumu, eləcə də sərhədboyu ərazidə yaşayan və onun təsirinə məruz qala biləcək əhali ilə əlaqə saxlamayıb. Ermənistanın cavabının əməkdaşlıqdan yayınmaq olduğunun vurğulandığı bəyanatda bildirilib ki, Ermənistan tikinti ilə bağlı dialoq aparmaq və qərarların qəbulunda iştirak üçün beynəlxalq QHT-ləri və region ölkələrinin vətəndaş cəmiyyətinin nümayəndələrini bu prosesə cəlb etməlidir. Bundan başqa, ekoloji fəlakətlərlə bağlı çoxsaylı müraciətlərə, etirazlara cavab olaraq, Ermənistanın məsələni siyasiləşdirərək vəziyyətdən yayınması cəhdləri sərt şəkildə pislənilib.
Koalisiya Ermənistanın mədən sənayesinin illər ərzində Azərbaycanın ekoloji mühitinə zərərli təsiri ilə əlaqədar yaranan ictimai narazılığı nəzərə alaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı məlumatların tam açıqlanmasını tələb edib, bu məlumatların gizlədilməsinin insan hüquqlarına zidd olduğunu bildirib. Bəyanatda yaranacaq təsirə məruz qalan icmaların zavodların fəaliyyəti haqqında məlumat əldə etməsinə, qərarların qəbulu proseslərində iştirak etməsinə və ətraf mühitə dəyən hər hansı zərərin aradan qaldırılması yollarına malik olmasına zəmanət verməklə öhdəliklərini yerinə yetirməsi Ermənistandan tələb olunub.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52

