Sərmayə axını, iqtisadi aktivlik və güclü iqtisadiyyat
12.08.2023 [16:05]
Mübariz FEYİZLİ
İqtisadiyyatın tənzimlənməsində məqsədyönlü vergi islahatları mühüm rol oynayır. Cari ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22,9 faiz və ya 2,1 milyard manat artıb. O cümlədən qeyri-neft-qaz sektorundan daxilolmalar 6,2 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19 faiz və ya 984,1 milyon manat artıb. Ödənilən vergilərin 45,1 faizi neft-qaz sektorunun, 54,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.
Vergi daxilolmalarının artması ölkədə islahatlar yolu ilə daxili istehsalın, bütövlükdə sahibkarlığın dəstəklənməsinin uğurlu nəticələrindən biridir. Ölkəmizin vergi sistemində iqtisadi inkişaf hədəflərinə uyğun olaraq əsaslı islahatlar həyata keçirilir. Yəni, vergi sistemində aparılan islahatlar sahibkarlıq mühitini, iqtisadi siyasəti dəstəkləyir və onun vergi yolu ilə tənzimlənməsini həyata keçirir. İqtisadi inkişaf siyasətinə vergi siyasəti real töhfələr verir. Dövlət sahibkarlar üçün minimal vergi dərəcələri müəyyən etməklə vergi yükünü yumşaldır. Bu siyasətin əsas məqsədi yerli istehsalı dəstəkləmək, kapitalın prioritet inkişafını təmin etmək və investisiya fəallığını stimullaşdırmaqdır. Dövlət Vergi Xidməti də həmin milli inkişaf prioritetlərdən irəli gələn ortamüddətli dövrün tədbirlər planlarını, islahat istiqamətlərini müəyyənləşdirir. Bunlardan birincisi, idxal məhsullarının yerli istehsal məhsulları ilə əvəzlənməsi, sənayeləşmənin daha da inkişafı üçün effektiv vergi tənzimlənmələrinin həyata keçirilməsidir. Mütəmadi aparılan təhlillər ölkənin hansı məhsullarının idxalından asılılığının mövcudluğunu və həmin məhsulların ölkədə istehsalının həcminin artırılması üçün nə kimi iqtisadi təşviq alətlərinə ehtiyac olduğunu müəyyən edir. Bu tənzimləmə alətlərindən biri də vergi təşviqləri olduğuna görə, yerli istehsalın təşviqi ilə bağlı vergi tənzimləmələri diqqətdə saxlanılır. Bir müddət əvvəl Vergi Məcəlləsində edilmiş dəyişikliklə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub. Bu yenilik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur. Vergi islahatları ilə sahibkarların fəaliyyətinin dəstəklənməsi iqtisadi inkişafa nail olmaq və yeni hədəflərə çatmaq üçün faydalı biznes mühitini təmin edir. Bu isə öz növbəsində ölkəmizə sərmayə axını, iqtisadi aktivlik və güclü iqtisadiyyat vəd edir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

