/ / Professor Ədalət Həsənov: Xankəndi şəhər sakininin guya acından ölməsi barədə iddialar tibbi biliklərə əsaslanmır
Professor Ədalət Həsənov: Xankəndi şəhər sakininin guya acından ölməsi barədə iddialar tibbi biliklərə əsaslanmır
16.08.2023 [18:57]
Yalan danışmaqda, şər-böhtan atmaqda, məzlum donuna bürünərək ən qanlı cinayətlər törətməkdə bənzərsiz istedada malik olan ermənilər bu günlərdə Azərbaycana qarşı çirkin ittihamlarla dolu yeni qarayaxma kampaniyasına başlayıblar. Cənubi Qafqaza ayaq açdıqları gündən onlara qucaq açmış, çörək vermiş, əl tutmuş Azərbaycan xalqına qarşı olmazın cinayətlər, soyqırımları törədən ermənilər indi də guya Qarabağda “humanitar fəlakət” və “aclıq” səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşdiklərini dünya ictimaiyyətinə yeritməyə çalışırlar. İş o yerə çatıb ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “ombudsmanı” X (tviter) sosial şəbəkəsində, digər erməni media və sosial şəbəkə səhifələrində Xankəndi şəhər sakini, 1983-cü il təvəllüdlü K.Hovhannisyanın guya uzun müddət qida qəbul etməməsi səbəbindən ölməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb. Ermənilər bu barədə həyasızlıqla səsləndirdikləri sərsəm fikirlərlə əslində özlərini dünyanın gözü qarşısında gülünc vəziyyətə qoyurlar.
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov ermənilərin bu iddialarının əsassız olduğunu tutarlı arqumentlərlə sübuta yetirir. AZƏRTAC professor Ə.Həsənovun qeydlərini təqdim edir.
"Bu yalan və uydurma məlumatlarla bağlı bildirmək istərdim ki, əvvəlcə şəkil çəkilən zaman meyitin üzərinə və ya yanına miqyas qoyulmadığı üçün şəklin hansı tarixdə, hansı ölkədə və şəhərdə çəkilməsi müəyyən deyil. Şəkildə autopsiya masasında uzadılmış kişi cinsli şəxsin gövdəsinin ön tərəfi görünür və meyit arxası üstə uzadıldığı üçün qarnı yaprıxmış vəziyyətdədir. Bu isə aclığın və ya acından ölmənin əlaməti deyil. Meyitdə təkcə gövdənin ön səthində aşkarlanan təzə xəsarətlər və müxtəlif müddətlərə malik köhnə xəsarət izləri (sıyrıqlar və qançırlar, çapıq toxumaları) şübhəli məqamlardandır. Şəkildə meyitin yalnız gövdəsinin ön səthi göründüyü üçün onun bədəninin başqa yerlərində daha hansı xəsarətlərin və ya dəyişikliklərin olması barədə heç nə demək mümkün deyil.
Bundan başqa, döş qəfəsinin ön sol tərəfində ürək proyeksiyasında reanimasion tədbir nəticəsində iki ədəd ovalşəkilli defibrilyasiya izləri görünür. Bu da o deməkdir ki, həmin şəxs nə evdə, nə də küçədə ölməyib, o, xəstəxananın Reanimasiya şöbəsində ölüb və xəstəyə Reanimasiya şöbəsində reanimasion tədbirlər görülüb.
Yalnız fotoşəklə əsasən, hətta meyitin əyani xarici müayinəsinə əsasən belə, onun ölüm səbəbi barədə fikir yürütmək mümkün deyil. Bu, reallıqdan və peşəkarlıqdan çox uzaq absurd fikirdir. Yalnız xarici görünüşə və xarici müayinəyə görə meyitdə “acından ölmə” diaqnozunun qoyulması bizdə dərin təəssüf və təəccüb hissi doğurur.
Fotoşəkildəki görünüş əslində heç kaxeksiya (üzülmə) da deyil. Sadəcə arıqlamış bir şəxsə məxsus bədən quruluşudur. Belə bədən quruluşuna nəinki meyitdə, hətta canlı və sağlam şəxslərdə də rast gəlmək mümkündür.
Bu cür görünüşə alimentar kaxeksiyadan daha çox həyatımızda və gündəlik praktikada narkotik aludəçiləri arasında, səfil həyat tərzi keçirən xroniki alkoqolizm xəstələrində, xərçəng və digər bədxassəli onkoloji xəstələrdə (xərçəng kaxeksiyası), QİÇS xəstələrində (HİV-infeksiya), xroniki sepsis, vərəm, serebral ifliclər, xroniki mədə-bağırsaq xəstəlikləri (kolitlər, entero-kolitlər, mədənin, yaxud onikibarmaq bağırsağın xroniki xora xəstəliyi və s.) və digər ciddi xəstəliklər zamanı rast gəlinir.
Xroniki qida aclığı ilə əlaqədar insanın üzv və toxumalarında dəyişikliklər baş verir və buna “Alimentar mənşəli kaxeksiya” deyilir. Alimentar kaxeksiya zamanı dərinin rəngi bozumtul-bürünc rəngə çalır, şəkildəki kimi belə ağ və təmiz olmur. Alimentar kaxeksiya diaqnozu fotoşəkil və meyitin xarici görünüşü ilə müəyyən edilmir. Bildiririk ki, yayılan məlumatlar heç bir tibbi biliklərə əsaslanmayan iddialardır."
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

