Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Albaniyanın BMT-dəki nümayəndəsi: Söhbət humanitar məsələdən gedirsə, Xankəndi - Ağdam yolunu nəzərdən keçirmək olar

Albaniyanın BMT-dəki nümayəndəsi: Söhbət humanitar məsələdən gedirsə, Xankəndi - Ağdam yolunu nəzərdən keçirmək olar

17.08.2023 [00:13]

“Mayın əvvəlində ABŞ-də baş tutan sülh danışıqlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayırıq”.

“Report” xəbər verir ki, bunu Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Azərbaycan və Ermənistan liderləri 1991-ci il tarixli Almatı bəyannaməsinə sadiqliyini bir daha təsdiqləyiblər. Tərəflərin qonşuların suverenliyi, ərazi bütövlüyünə hörmət etməsi, mübahisələrin dinc yolla həllinə hazırlıqlı olması çox vacibdir. Hər iki tərəfin kompleksli sülh müqaviləsinə nail olmaq üçün uzunmüddətli danışıqlar planına sadiqliyini alqışlayırıq”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, söhbət humanitar məsələdən gedirsə, digər variantların, xüsusən Xankəndi-Ağdam yolunun istifadəsi variantının nəzərdən keçirilməsi vacibdir:

“Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin çözümü üçün sui-istifadə olunmamalıdır. Humanitar tələbatlar hər yerdə, həmçinin Qarabağ regionunda təmin olunmalıdır... Fikrimizcə, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək lazımdır. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”.

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31