Milli dəyərlər və ümumbəşəri ideallar işığında...
11.08.2023 [13:32]
Yeganə BAYRAMOVA
Bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.
Bu barədə “Yeni Azərbaycan”a Milli Məclisin üzvü Nəsib Məhəməliyev bildirib.
Deputatın sözlərinə görə, xüsusilə hərb sahəsində şücaət göstərən Azərbaycan gəncliyini vurğulamaq lazımdır: “Hazırda Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər.
2016-cı ildə baş verən və hərb tariximizə “Aprel döyüşləri” kimi düşən döyüşlərdə Azərbaycan gəncliyi yeni bir qəhrəmanlıq tarixi yaza bildi. Təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi gənc nəslin ölkə həyatındakı nə qədər mühüm rol oynamasının göstəricisi idi”.
Millət vəkilinin fikrincə, müasir dövr Azərbaycan gəncliyinin ən böyük qəhrəmanlıq salnaməsi şübhəsiz ki, İkinci Qarabağ müharibəsində göstərdikləri rəşadətli mübarizə ilə bağlıdır: “Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş bu müqəddəs mübarizədə Ali Baş Komandanın ətrafında səfərbər oldu. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərində idi. Çünki Qarabağı azad etmək uğrunda gedən qanlı döyüşlərdə sinəsini sipər edən, əlisilahlı düşmənin üzərinə gedənlər, ilk növbədə, gənclər oldu. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak edib. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu sübut ediblər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi, qələbə dolu döyüş yolu ilə yeni tarix yazdılar. Azadlığa qovuşan hər qarış Vətən torpağında minlərlə gənc şəhidimizin qanı və bütün qəhrəman qazilərimizin alın təri var. Bu birlik Azərbaycan tarixində möhkəm kök salmış milli mənlik şüurunun və vətənpərvərlik hissinin ən ali səviyyəsi idi. Prezident İlham Əliyevin “dəmir yumruğu”na çevrilən vətənpərvər gəncliyimiz 30 illik işğala cəmi 44 gündə son qoydu...”
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55

