/ / İcma: Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə çağırırıq
İcma: Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə çağırırıq
22.08.2023 [13:12]
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə, bu ölkədən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İcmanın açıqlamasında bildirilib.
Açıqlamada, həmçinin qeyd olunub: “Xəbər verildiyi kimi, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaları üzrə dialoqa başlamaq çağırışı ilə Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərmişdi. Ermənistan tərəfi, o cümlədən şəxsən Baş nazir Paşinyan, İcmanın dialoq çağırışını lazımınca dəyərləndirmək əvəzinə, azərbaycanlıların geri qayıtmaq hüququnu inkar edən və Qərbi Azərbaycan mövzusunu təhrif edən bəyanatlar vermişlər.
Bununla əlaqədar olaraq Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin destruktiv addımlarını dayandırması və qayıdış məsələsi üzrə dialoqda iştirakını təşviq etmək çağırışı ilə BMT-nin Baş katibinə göndərmişdir. BMT-nin Katibliyi İcmanın BMT-nin Baş katibinə və Ermənistanın Baş nazirinə sözügedən məktublarını BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yaymışdır. Xatırladaq ki, İcmanın fəaliyyətinin əsas məramlarını təşkil edən Qayıdış Konsepsiyası da BMT-nin rəsmi sənədi kimi yayılıb.
Bu sənədlərin BMT-də rəsmi sənədlər kimi yayılması ilə dünya ictimaiyyəti İcmanın fəaliyyətinin məqsəd və prinsipləri, eləcə də dialoq təşəbbüskarı olan tərəfin məhz Qərbi Azərbaycan İcmasının olması barədə ən etibarlı şəkildə məlumatlanıb. Bütün bunlar Ermənistanın beynəlxalq hüquqa söykənən qayıdış hüququnu inkar etməsinə və İcmanın məramları haqqında spekulyasiya etməsinə yer qoymur.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə, 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına şərait yaratmış və hazırda onları reinteqrasiya etməyə çalışan Azərbaycan tərəfindən nümunə götürməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırır”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

