Sağalmaz yaramız...
07.09.2023 [12:00]
İtkinlərimizdən xəbər yoxdur
Ermənistan məlumatları verməkdən boyun qaçırır!
Y.BAYRAMOVA
Müharibə yalnız ərazilər və hərbi gərginliyi artıran düşmənçiliklə bağlı deyil. Müharibə həm də döyüşlərin bilavasitə təsirinə məruz qalan insanlar üçün humanitar faciələr və yaxınlarının qəfil itkisidir. Birinci Qarabağ müharibəsi elə bir faciədir ki, o vaxtdan uzun illər keçməsinə baxmayaraq, minlərlə azərbaycanlının ağlında və qəlbində sağalmaz bir yara qoyub. Ermənistan silahlı birləşmələrinin azərbaycanlıları zorla çıxardıqları ərazilər İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə sayəsində azad edildi. Ancaq Birinci Qarabağ müharibəsində itkin düşmüş minlərlə insan barədə hələ də xəbər yoxdur. İtkin düşmüş 4 minə yaxın şəxsin, o cümlədən 719 mülki şəxsin (326 qoca, 267 qadın, 71 uşaq) və hərbi əsirlərin taleyi naməlumdur.
Ölkəmiz hər zaman beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə və humanizm prinsiplərinə sadiq qalıb. Azərbaycan tərəfi əsir və itkin düşmüş ermənilər barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təqdim edib. Lakin Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə konvensiyalarının öhdəliklərinə heç vaxt məhəl qoymayıb. Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutublar, onlar haqqında heç bir məlumat verilməyib.
Sentyabrın 5-də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib. Səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Qonaqlara məlumat verilib ki, iyun ayında Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb. Daha sonra avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb. Səfərdə itkin düşmüş şəxslərin 50 nəfərə yaxın ailə üzvü iştirak edib.
Bütün dünyadan tələb edirik!
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova bildirib ki, 31 ildir itkin ailələri öz yaxınlarından xəbər gözləyir: “Ermənilər bizim kütləvi məzarlıq yerləri haqqında heç bir məlumatları vermirlər. Dəfərlərlə Prezident İlham Əliyev bununla bağlı Ermənistana səslənib, ancaq onlar susqun qalırlar. Bu haqda məlumat vermirlər. 3890 Qarabağ itkinin ailəsinin birləşdiyi bir təşkilat olaraq, Ermənistandan tələb edirik ki, itkinlərimiz haqqında məlumatı Azərbaycan tərəfinə versin. BMT-dən, bütün dünyadan tələb edirik. Dünyada olan itkin ailələrinə səslənirik. Həmişə onların yanında olmuşuq. Onlar da bizim yanımızda olsunlar. Haqlı səsimizi, ədalət səsimizi dünyaya çatdırsınlar. Təbii ki, bizim itkinlərimiz haqqında məlumat Ermənistan tərəfindədir, itkinlərimizin sonrakı taleyi haqqında məlumatı bilirlər. Ona görə tələb edirik. Bu bizim haqlı tələbimizdir. Bütün dünya dövlətləri niyə bunlara göz yumur, niyə bizim səsimizi eşitmir? 30 avqust itkinlər günündə BMT-yə müraciət eləmişik, ancaq hələ də bizə cavab gəlməyib. 30 ildə Beynəlxalq Qızıl Xaç Komitəsi itkinlərimiz haqqında bizə heç bir məlumat verməyib”.
Məzarlıqların koordinatları gizlədilir
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dörd minə yaxın azərbaycanlının taleyi barədə hələ də heç bir məlumatın olmaması Ermənistanın 30 ildən artıq davam edən çoxsaylı müharibə cinayətləri sırasında xüsusi yer tutur. O qeyd edib ki, Ermənistan tərəfindən həyata keçirilən soyqırımı siyasəti nəticəsində itkin düşmüş vətəndaşların taleyi həmişə Azərbaycan dövləti üçün prioritetlərdən biri olub: “Bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, dövlət orqanları ilə ictimai və beynəlxalq təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə işlər görülüb. Bunun üçün ölkə başçısı tərəfindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb. Həyata keçirilən çoxşaxəli fəaliyyətlər bizə deməyə əsas verir ki, itkin düşmüş soydaşlarımızdan çoxu məhz azərbaycanlı olduqları üçün Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlə çərçivəsində işgəncələrə məruz qalaraq öldürülüb. Onlara insan ləyaqətinə zidd formada davranılaraq kütləvi məzarlıqlarda basdırılıblar. Ötən ilin aprelində İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktorunu qəbul edərkən Prezident də ifadə etdiyi kimi: “Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb”. Ermənistan nəinki sağ qalmaq ehtimalı çox az olan soydaşlarımızla bağlı məlumat verməkdən imtina edir, hətta itkin soydaşlarımızın kütləvi şəkildə dəfn olunduğu məzarlıqların koordinatları belə gizlədilir”.
Daim diqqətdədir...
Ç.Qənizadə bildirib ki, ilk dövrlər ermənilər ümumiyyətlə, belə məzarlıqların mövcudluğunu israrla istisna edirdilər: “Prezident İlham Əliyevin ifadə etdiyi kimi, itkin düşmüş şəxslər məsələsi dövlətimizin daim diqqətindədir. Bu problem Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla davamlı müzakirə olunur. Ermənistan özü anlamalıdır ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi hazırkı mürəkkəb situasiyada etimadın yaradılması və davamlı sülhün təmin edilməsi baxımından ən vacib şərtlərdən biridir. Saxta iddialara vaxt ayıran, “humanitar böhran” oyunlarına meydan verən beynəlxalq təsisatlar anlamalıdır ki, itkin düşmüş şəxslər problemi yalnız Azərbaycan üçün aktual deyil, bu məsələ qlobal mahiyyət daşıyır. Bu şəxslərin taleyi barədə məlumatların açıqlanması və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim olunması üçün Ermənistana müxtəlif səviyyələrdə real təzyiq göstərilməsi beynəlxalq hüququn təməl prinsiplərinin şərtidir”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

