Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Düzgün qidalanma mədəniyyəti

Düzgün qidalanma mədəniyyəti

06.12.2023 [11:40]

MİKAYIL

Payız-qış fəsli, xüsusilə də, yağışların yağması və göbələk mövsümünün başlaması ilə zəhərlənmə hallarında artım müşahidə olunur. Əfsuslar olsun ki, vətəndaşların qəbul etdikləri qida ilə bağlı məlumatsızlığı bəzən faciə ilə sonlanır.

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib. Mərkəzdən verilən xəbərə görə, onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub.

Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u etanoldan, 7-si dəm qazından zəhərlənib.  7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Eləcə də 2 nəfəri ilan, 1 nəfəri həşərat sancıb. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 3-ü kişi, 1-i qadın olub.

Mütəxəssislərin fikrincə, zəhərlənmələrin 70 faizinin səbəbi düzgün qidalanma mədəniyyətinə yiyələnməməklə bağlıdır. Təcrübə göstərir ki, qaraciyər, öd yolları və mədə-bağırsaq xəstəliyi olanların suşi, dönər, hamburger və digər fastfud yeməkləri, energetik içkilər qəbul etməsi ocağın üstünə benzin tökülməsini xatırladır. Həmin xəstələrin ketçup, qızardılmış, tomatlı sousda hazırlanmış xörəklərlə qidalanması da fəsadlar verir.

Qida qəbulundan yarım saatdan altı saata qədər olan müddətdə mədə bulanması, qusma, başağrısı, qarın nahiyəsində ağrılar zəhərlənmənin ilkin əlamətləri hesab olunur. Bu ərəfədə bir banka qaynanmış su vaxtaşırı olaraq stəkanla qəbul edilməlidir. Bundan sonra 5-7 gün pəhriz saxlamaq, yağlı, qızarmış, duzlu, istiotlu xörəklərdən, kofe və şirniyyatlar qəbul etməkdən uzaq olmaq lazımdır. İlkin müddətdə narahatlıqlar sovuşmasa mütləq həkim çağırmaq lazımdır.

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30