Füzuliyə möhtəşəm qayıdış!
19.12.2023 [10:30]
Daha 94 nəfər doğma torpağında yaşayacaq...
Y.SAHİB
İkinci Qarabağ müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın qarşısında postmüharibə dövrünün reallıqlarına uyğun yeni çağırışlar formalaşdırıb. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi və “Böyük Qayıdış”ın təmin edilməsi üçün mühüm işlər davam edir. Dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə qayıdacaq soydaşlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır.
Artıq 380 ailə-1392 nəfər keçmiş məcburi köçkün Füzuli şəhərində müasir texnologiyalar əsasında inşa olunmuş mənzillərdə yaşayır. Dünən Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb. Bununla da 1392 nəfərin Füzulidə daimi məskunlaşması təmin edilib.
Doğma diyarıma qayıtdığım üçün çox sevinirəm
Füzuli sakini Ağa Ağayevin sözlərinə görə, torpaqlarımız işğaldan azad olunduqdan sonra hər gün Füzuliyə qayıtmağı səbirsizliklə gözləyib: “Doğma diyarım Füzuliyə qayıtdığım üçün çox sevinirəm. Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Bu günü bizə yaşadanlar məhz onlardır”.
Sevincimə görə gecəni yatmamışam...
Füzuli sakini Məlahət İbrahimova bildirib ki, Füzuliyə qayıtdığı üçün sevincinin həddi hüdudu yoxdur: Füzuliyə qayıdış sevincimə görə gecəni yatmamışam. Bizim doğma diyara qayıdışımızın səbəbkarları canı-qanı bahasına torpaqlarımızı azad edən şəhidlərimiz və qazilərimizdir. Allah şəhidlərimizin rəhmət eləsin, qazilərimizə can-sanğlığı versin. Ali Baş Komandanımıza bu günləri bizə yaşatdığı üçün təşəkkür edirik”.
Doğma yurdumun hər yerini görmək istəyirəm
Doğma diyarım Füzulinin hər yerini görmək istəyirəm.
Keçmiş məcburi köçkün, Füzuli sakini Süleyman Cənnətəliyevin sözlərinə görə, torpaq həsrəti ilə qaçqınlıq həyatı yaşamaq çox çətindir: “56 yaşımda doğma Füzuliyə qayıdıram. Yaxınlarımın məzarlarını tapıb ziyarət etmək istəyirəm. Allah Prezidentimizi qorusun. Onun rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin”.
Füzulini 12 yaşımda tərk etmişdim...
Füzuli sakini Mətanəy Zeynalova qeyd edib ki, Füzulini 12 yaşında tərk etmək məcburiyyətində qalıb: “Ümummilli lider “Heydər Əliyev İli”ndə öz doğma diyarıma köçməyim mənim üçün özəl tarixdir. Bu gün biz tarixi bir günü yaşayırıq. Bu tarixi bizə yaşadanlar şəhidlər və qazilərdir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə təşəkkür edirəm. Ən əsası Ali Baş Komandanımıza təşəkkür edirəm ki, bu tarixi günü bizə yaşatdı”.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40

