Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əməkdar jurnalist Flora Xəlilovaya “Şöhrət” ordeni təqdim edilib

Əməkdar jurnalist Flora Xəlilovaya “Şöhrət” ordeni təqdim edilib

24.12.2023 [19:48]

Dekabrın 23-də Qərbi Azərbaycan İcmasında Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Flora Fətula qızı Xəlilovaya “Şöhrət” ordeni təqdim edilib. 

Xatırladaq ki, Flora Xəlilova Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ali ordenlə təltif olunub. 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev 70 illik yubileyi və respublikamızın yüksək təltifinə layiq görülməsi münasibətilə Flora Xəlilovaya təbriklərini çatdırıb. 

Flora Xəlilova çıxış edərək, göstərilən diqqətə və əməyinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra Adminstrasiyanın şöbə müdiri “Şöhrət” ordeninin nişanını və vəsiqəsini Flora Xəlilovaya təqdim edib, xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30