Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropanın şimalında 40 dərəcəlik şaxtalar hökm sürür

Avropanın şimalında 40 dərəcəlik şaxtalar hökm sürür

07.01.2024 [11:51]

Şimali Avropa güclü şaxtaların təsirinə məruz qalıb. Norveçin paytaxtında havanın temperaturu müşahidələr dövrü ərzində ilk dəfə olaraq mənfi 30 dərəcədən aşağı enib. İsveç və Finlandiyada isə termometrlər mənfi 40 dərəcəni göstərir.

AZƏRTAC xəbər verir ki, yanvar ayı Avropanın şimalında şiddətli soyuq və qarla başlayıb. Yanvarın 3-də İsveçin bəzi rayonlarında havanın temperaturu mənfi 43 dərəcəyə enib ki, bu da son 25 ilin rekord göstəricisidir. Finlandiyada da rekord şaxtalar müşahidə edilir - mənfi 44,3 dərəcə.

Osloda meteoroloji müşahidələr tarixində ən aşağı temperatur qeydə alınıb. Yanvarın 6-na keçən gecə Norveç paytaxtında 31,1 dərəcə şaxta olub.

Rusiyanın Avropa hissəsi də anomal şaxtalarla üzləşib. Yanvarın 4-nə keçən gecə Moskvada termometrlər mənfi 27 dərəcəni göstərib.

Paylaş:
Baxılıb: 705 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30