Azad edilmiş ərazilərdə seçki məntəqələri qurulub
09.01.2024 [10:52]
Məzahir Pənahov: Həmin ərazilərdəki məntəqələrimiz digər bölgələrdəki məntəqələrimizə nümunə ola bilər
N.BAYRAMLI
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar ölkəmizdə zəruri tədbirlər həyata keçirilir. Mərkəzi Seçki Komissiyası (MSK) bu istiqamətdə zəruri addımlar atır. MSK-nın maarifləndirmə proqramına uyğun olaraq, yanvarın 8-dən etibarən tədbirlərə - Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib. Eləcə də, Mərkəzi Seçki Komissiyası fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə genişmiqyaslı maarifləndirmə layihələrini davam etdirir.
Bununla əlaqədar Bakıda keçirilən tədbir Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun giriş nitqləri ilə başlayıb. Sonra gündəliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin məsul vəzifəli şəxsləri Azərbaycan Respublikası prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.
Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyaları sədrlərinin iştirak etdiyi seminar-müşavirənin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd etmək lazımdır ki, sözügedən layihənin reallaşdırılmasında başlıca məqsəd qarşıdan gələn seçkilərin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi yönündə görülən bütün işlərlə yanaşı, seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə atılan addımların səmərəliliyinin artırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha effektiv təmin olunmasıdır. Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminar-müşavirələrin növbəti mərhələsinin yanvarın 10-da Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə keçirilməsi nəzərdə tutulur.
MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Onun sözlərinə görə, təsdiqlənmiş namizədlərdən 7-si imza vərəqələrini MSK-ya qaytarıb: “Həmin şəxslərdən 3-nün prezidentliyə namizədliyi artıq qeydə alınıb. Dörd nəfərin təqdim etdiyi sənədlər yoxlanılıb başa çatdırıldıqdan sonra onların qeydə alınma məsələlərini də gündəliyə çıxaracağıq”.
MSK sədri həmçinin deyib ki, işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri artıq qurulub: “Həmin ərazilərdəki məntəqələrimiz digər bölgələrdəki məntəqələrimizə nümunə ola bilər. Çünki həmin bölgələrdə intensiv tikinti-quruculuq işləri aparılır. Mərkəzi Seçki Komissiyası həmin məntəqələri təchiz etməklə məşğuldur. Proses bu gün başa çatacaq və həmin məntəqələr səsverməyə tam hazır olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

