Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı Dövlət Sirkinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb

Bakı Dövlət Sirkinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb

10.01.2024 [15:16]

Məlum olduğu kimi, teatr və konsert müəssisələrinin təmir və bərpası dövlət tərəfindən diqqət mərkəzində saxlanılır, tamaşaçıların mədəni xidmətlərə əlçatanlığının təmin edilməsi üçün tədbirlər görülür. Mədəniyyət müəssisələrində, xüsusilə kütləvi nümayiş məkanlarında tamaşaçıların təhlükəsizliyi ən vacib məsələdir.

Mədəniyyət Nazirliyi teatr və konsert müəssisələrində tamaşaçıların rahatlığı və təhlükəsizliyi üçün risklər yarandığı halda müvafiq dövlət qurumları ilə birgə təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçiriblər.

Bakı Dövlət Sirkindən  bildirilib ki, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər verilib.

Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və Bakı Dövlət Sirkinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Binada işlər yekunlaşdırılandan sonra sirk qapılarını yenidən tamaşaçıların üzünə açacaq.

Qeyd edək ki, Bakı Dövlət Sirki 1967-ci ildən unikal memarlığa malik binada fəaliyyət göstərir.

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30