Seçki vaxtı “şüurlu”, başqa vaxtlarda isə...
12.01.2024 [10:16]
MÜBARİZ
Redikül müxalifət düşərgəsində sözün əsl mənasında Don Kixotluq edən Əli Kərimlinin boğazdan yuxarı siyasətçiliyi ancaq sosial şəbəkələrdə nəzərə çarpır. O, gah fərdi hesabında “fəallıq” göstərir, ard-arda absurd paylaşımlar edir, gah da Qənimət Zahidin, Sevinc Osmanqızının internet kanallarında görünərək müxalifətçilik görüntüsü yaratmağa çalışır. Həmin paylaşımlar və səslənmələr Don Kixotun sərgüzəştlərini xatırladır - ortada boşluqdur, real müstəvidə heç bir fəaliyyət yoxdur, sanki yel dəyirmanı ilə cəngə çıxıb.
Qarşıdan ölkəmizdə Prezident seçkiləri gəlir. İşi-gücü olmayan, bekarçılıqdan darıxan Əli Kərimli də indi sosial şəbəkə çabalamalarını məhz bu istiqamətə yönəldib. Bəs necə? Siyasətçi olan kəs gərək zamanın nəbzini tutsun, gündəmə uyğun davranışlar ortaya qoysun. Ancaq AXCP sədrinin qarşıdan gələn seçkilərlə bağlı ortaya qoyduğu mövqe də (əslində, mövqesizlik - red.) elə xülya və populizm səviyyəsindən yuxarı qalxmır. Sosial şəbəkə sərgüzəştlərini davam etdirən Əli Kərimli deyir ki, “seçkini boykot etmək bizim şüurlu seçimimizdir”.
Psixoloqların qənaətinə görə, insan özündə olmayan xüsusiyyətdən tez-tez söz açır. Bununla ətrafdakılara sübut etmək istəyir ki, onda guya bu xüsusiyyət var. Təbii ki, bu hal insan psixologiyasının pozulması hallarında baş verir. Belə ki, altşüur özündə bu halı yaşatmaq üçün mütəmadi təkrar edir. Əli Kərimli də özünü cəmiyyətə daha cəlbedici göstərmək üçün “şüurlu” sözündən istifadə edir. Əslində, insanın hər bir hərəkəti birbaşa onun şüuru ilə bağlıdır. Buradan belə qənaətə gəlmək olar ki, bu vaxtadək Ə.Kərimlinin atdığı addımları qeyri-şüuri olub...
İkinci tərəfdən bunu, siyasi acizliyin etirafı, əsl isterika nümunəsi kimi də qəbul etmək olar: insan yalnız çarəsiz qalanda ümidsizliyə qapılaraq əlini ağdan qaraya vurmaq istəmir. Buna onun heyi, daxili təpəri çatmır. Görünür, Əli Kərimli də qabında nə olduğunu yaxşı bilir. Bilir ki, başçılıq etdiyi “partiya”sının, inhisara aldığı redikül müxalifət düşərgəsinin əslində adı var, özləri yoxdur. Belə olan halda o, əlbəttə ki, “şüurlu” seçimini seçkilərdən kənarda qalmaqla bağlı edəcəkdi. Onun başqa variantlar aramağa, seçkilərə qatılmağa imkanı var idimi? Əsla! Seçkilərə qatılmaq məsuliyyət tələb edir. Bundan ötrü partiya sədrindən gözləntilər çoxdur. Gərək, işinlə, fəaliyyətinlə, ideyalarınla cəmiyyətdə nüfuz, hörmət qazanasan, tərəfdaşlarının sayını artırasan. Partiya sədri seçkilərə arxasında elektoratın gücünü, qüvvəsini hiss edərək getməlidir. AXCP sədrinin onu dəstəkləyəcək, ona etimad göstərəcək elektoratı varmı? Belə elektorat yerli-dibli yoxdur. Əli Kərimli elektoratın inamını çiyindaşları ilə pul davaları açanda, müəllimi adlandırdığı Elçibəyi aldadanda, oğlu üçün xaricdə dəbdəbəli həyat tərzi təmin edəndə və buna bənzər digər məqamlarda itirib. Elektorat Əli Kərimliyə necə inansın ki, o , sosial şəbəkə hesabında işsiz olduğunu bildirsə də, bahalı maşınlara malikdir, eyni vaxtda bir neçə cangüdən saxlayır. O, hansı günahları, qəbahətləri edib ki, özünü insanlardan cangüdənlər vasitəsilə qoruyur?
Burada yaxın keçmişə aid bir məsələni xatırlatmaq yerinə düşər. Parlamentdə və cəmiyyətdə geniş müzakirələrdən sonra qəbul olunan siyasi partiyalar haqqında yeni Qanuna əsasən partiyaların yenidən qeydiyyatdan keçməsi və bundan ötrü 5 min imza toplamaları tələb olunurdu. İstisnasız olaraq bütün siyasi partiyalar bu prosesdən keçməli idilər. Ayrı-ayrı partiyalar yenidən qeydiyyat məsləsini problemə çevirmədilər və tələb olunan sayda imza toplamaqla prosesi yekunlaşdırdılar. AXCP-də isə 5 min imzanı toplamaq, necə deyərlər, cəhənnəm əzabına çevrildi. Əli Kərimli müxtəlif manipulyasiyalara əl atdı. Belə ki, AXCP-nin təqdim etdiyi imza vərəqələrində çoxlu sayda nöqsanlar aşkarlandı, burada hətta zamanında partiyadan publik şəkildə istefa verənlərin də adları yer alırdı. Təbii ki, siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi üçün tələb olunan 5 min imzanı çətinliklə toplayan AXCP Prezident seçkilərində namizədinin qeydiyyata alınması üçün tələb olunan 40 min seçici imzasını toplaya bilməyəcəkdi. AXCP-çilərin nəinki seçkidə qalib gəlmək, adi prosedurları belə yerinə yetirmək üçün sosial bazası, heç bir ictimai dəstəyi yoxdur. Bax Əli Kərimlinin sosial şəbəkələrdə bəyan etdiyi “şüurlu” seçimi də məhz elektorat bazasının yoxluğundan qaynaqlanır. Onun bunu etiraf etməyə cəsarəti çatmır. Ancaq görünən dağa bələdçi lazım deyil...
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

