Media seçki prosesində...
12.01.2024 [10:38]
MSK-da müşavirə keçirilib
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar müxtəlif istiqamətlərdə maarifləndirmə layihələrinin həyata keçirilməsi intensiv davam etdirilir. Silsilə tədbirlər çərçivəsində yanvarın 11-də Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib. Tədbirin məqsədi media subyektlərinin prezident seçkilərində sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Beynəlxalq müşahidəçilər azad edilmiş ərazilərə dəvət olunacaq
MSK sədri Məzahir Pənahov tədbirdə çıxış edərək media nümayəndələrinin ilk gündən bütün seçki prosesinin içində olduğunu və məsələləri hərtərəfli işıqlandırdıqlarını deyib. O, KİV-lərin seçkilərdəki rolunun yüksək tutmasının vacibliyini qeyd edib. M.Pənahov bildirib ki, KİV həmişə müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün addımlar atmalıdır. Əgər tərəflər həmin iradlardan nəticə çıxarmırsa, ondan sonra məsələni işıqlandırmaq lazımdır. Seçki məsələsində birinci növbədə hamımız Azərbaycan vətəndaşı kimi çıxış etməliyik.
“Azad edilmiş ərazilərdə yaradılan seçki məntəqələrinə böyük beynəlxalq müşahidə missiyasının getməsinə çalışacağıq”-deyən MSK sədri əlavə edib ki, ATƏT, digər beynəlxalq müşahidəçilər seçki barədə fikrini bildirəcəklər: “Çatışan tərəfi onlar təqdir etməli, çatışmayan tərəfləri də bildirməlidirlər ki, əməkdaşlıq çərçivəsində biz onu aradan qaldıraq. Mən hamımızın adından tələb edəcəm ki, Xankəndi başda olmaqla azad edilmiş ərazilərdə qurulan seçki məntəqələrinə beynəlxalq müşahidəçilər getsin. Orada başqa millətlərin nümayəndələri də yaşayır və onlar da gəlib səsvermədə iştirak etsin. Öz görüşlərimizdə də mən təklif etmişəm ki, azad edilmiş ərazilərdə də səsvermənin necə getdiyini müşahidə etsinlər”.
MSK sədri deyib ki, Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda da ayrıca məntəqələr yaradılıb: “Xankəndidə seçki məntəqəsini artıq yaratmışıq. Bir zamanlar separatçıların fəaliyyət göstərdiyi binada seçki məntəqəsi yaratmışıq. İşğal illərində həmin yerlərdə separatçı rejim bölücülük fəaliyyəti ilə məşğul idi. Azad edilmiş ərazilərdə yaratdığımız məntəqələr digər yerlərdə yaradılan məntəqələrə nümunə olmalıdır. Xankəndi başda olmaqla, azad edilmiş ərazilərdə qurulmuş digər məntəqələrdən çəkilişlər aparılmalıdır”.
Media peşəkarlıq nümayiş etdirəcək
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi əzmkarlığı və qətiyyəti sayəsində Zəfərlə başa çatmış Vətən müharibəsindən sonra ölkəmizdə və eyni zamanda, regionumuzda yeni siyasi reallıqlar yaranıb. Azərbaycanın liderliyinin ön planda dayandığı bu reallıqlar xalqımızın tarixi arzularının həyata keçməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunması kimi vacib amillərlə şərtlənir. Yeni mərhələ cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə ölkəmizdə dərinləşmiş islahatların davamlılığını, həyatımızın müasir dövrün dinamik inkişafına uyğunlaşdırılmasını və beləliklə, ölkəmizin tərəqqisinin daimiliyini təmin edir.
Əhməd İsmayılov deyib ki, 2022-ci ildə Milli Mətbuat Günündə Şuşada ilk dəfə keçirilən beynəlxalq media forumuna müraciətində Prezidentin jurnalistlər qarşısında qoyduğu mühüm vəzifələr aktuallığını qoruyub saxlamaqdadır: “İnanırıq ki, media seçki prosesini işıqlandırarkən peşəkarlıq nümayiş etdirəcək”.
Audiovizual Şuranın sədri İsmət Səttarov diqqətə çatdırıb ki, seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür. Dövlət büdcəsindən maliyyələşən yayımçıların hamısı ictimai yayımçı funksiyası daşısa da, məhz seçkiqabağı təşviqat qanunla ictimai yayımçı kimi tanınan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilməlidir. Dövlətə məxsus olan yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır. İctimai yayımçı seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdır. Qeydə alınmış bütün namizədlər üçün ödəniş həcmi və şərtləri eyni olmalı, bu barədə müvafiq məlumat seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunduğu gündən başlayaraq ən geci 30 gün ərzində dərc edilməlidir.
Maarifləndirmə işlərinə ehtiyac var
Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan mediasının zəngin seçki təcrübəsinə malik olduğunu deyib. O, eyni zamanda, seçkiqabağı təşviqat, xüsusilə ödənişli və ödənişsiz təşviqatın aparılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının üzvlərinin fikirlərinə ehtiyac duyulduğunu qeyd edib. “7 fevral bir müddətdən sonra Azərbaycan tarixinin ən əzəmətli bayram günlərindən biri olacaq. Bütün bu məsələlərdə, xalqımızın, seçicilərin çiyninə böyük məsuliyyət düşür. Bütün dünya görsün ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil. Heç şübhəsiz bu məsələlərdə Azərbaycan mediası ən öndə getməlidir”, - deyə Mətbuat Şurasının sədri qeyd edib.
Sonra MSK üzvləri “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri” mövzularında çıxış ediblər. Təqdimatlar zamanı iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın rol və vəzifələri barədə ətraflı məlumat verilib.
Bu gün seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır
Yeri gəlmişkən, bu gün seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır. Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalanadək hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir. Dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesini də 2024-cü il yanvarın 13-dək başa çatdırmalıdır. Müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra bu proses yekunlaşdırılmalıdır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

