EPF Koalisiyası Ermənistanı dağ-mədən sektoru ilə bağlı materialları ictimailəşdirməyə çağırıb
18.01.2024 [16:12]
Cənubi Qafqazda ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən “Environmental Protection First” (EPF) Koalisiyası Ermənistanın dağ-mədən sənayesində çalışan yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini, yaxud qiymətləndirmənin nəticələrini ictimaiyyətə açıqlamağa çağırıb.
AZƏRTAC Koalisiyanın bununla bağlı bəyanatını təqdim edir: “Cənubi Qafqaz regionunda ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən “Environmental Protection First” (EPF) Koalisiyası bir müddət əvvəl Ermənistanın dağ-mədən sənayesində çalışan yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərini tez bir zamanda öz rəsmi internet saytlarında yerləşdirməyə, yaxud qiymətləndirmənin nəticələrini ictimaiyyətə açıqlamağa çağırıb. Təəssüf ki, bu sənədlər hələ də ictimaiyyətə təqdim olunmayıb. Bu, Ermənistanın dağ-mədən sənayesindəki fəaliyyətinin şəffaflığı ilə bağlı suallar doğurur.
Biz Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətləri Koalisiyamızla əlaqə qurmaqda açıq olmağa çağırırıq. EPF Koalisiyası regionumuzda daha geniş ekoloji çirklənmə ilə bağlı rəhbərliklə görüş istəmək üçün həmin şirkətlərin korporativ qərargahlarına müraciət etməyi planlaşdırır. “Environmental Protection First” (EPF) hesabatlılığın təmin edilməsinin zəruriliyini vurğulayır.
Biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutaraq, bir neçə ay əvvəl Ermənistanın baş nazirinə müraciətimizdə bu ölkənin dağ-mədən sənayesinin yaratdığı ciddi ekoloji vəziyyətlə bağlı dərin narahatlığımızı bildirmiş, hasilatın dərhal dayandırılmasını tələb etmişik.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Cənubi Qafqazda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan ətraf mühitin mühafizəsi məsələsində daha diqqətli olmalıdır.
Biz Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarını və ətraf mühit üzrə fəallarını Cənubi Qafqazda təmiz ətraf mühitin təmin olunması naminə səylərimizi birləşdirməyə çağırırıq. Axı bu ekoloji fəlakətdən, ilk növbədə, Ermənistan əhalisi zərər görür. Gəlin unutmayaq ki, təbiət heç bir sərhəd tanımır və hamımız bir regionda yaşayırıq.
Ermənistan dağ-mədən sənayesində fəaliyyət göstərən həm yerli, həm də xarici şirkətlərin ƏMTQ sənədlərinin tam məzmununu ictimaiyyətə açıqlamalarını və ekoloji ədalət naminə məsuliyyətlə davranmalarını təmin etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09

