Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Böyük Britaniya qasırğaya məruz qalıb

Böyük Britaniya qasırğaya məruz qalıb

22.01.2024 [15:42]

Böyük Britaniyanın Meteorologiya Xidməti “İşa” qasırğasının səbəb olduğu güclü küləklə bağlı xəbərdarlıq edib.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, qasırğa artıq ölkədə nəqliyyat və ictimai xidmətlərdə fasilələrə müşayiət olunur. Təbii fəlakət krallığın şimalında 8 minə yaxın evi işıqsız qoyub. Əlverişsiz hava şəraiti səbəbindən kommunal xidmətin təmir briqadaları qəzaların öhdəsindən gələ bilmir.

Şotlandiyanın şimalında yerləşən bəzi rayonlarda vəziyyət xüsusilə çətindir. Burada küləyin sürəti saniyədə 40-45 metrə çatır. İrlandiyada isə 170 minə yaxın ev, təsərrüfat və müəssisənin elektrik enerjisi kəsilib.

Əlverişsiz hava şəraiti digər Avropa ölkələrində də çətinliklər yaradıb. Niderlandın paytaxtı Amsterdamda yerləşən “Schiphol” hava limanında 130-a yaxın aviareys ləğv edilib. Eyni zamanda, Fransada və İsveçdə kəskin hava şəraiti barədə xəbərdarlıq elan olunub.

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30