Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MSK “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar barədə bu həftə qərar qəbul edəcək

MSK “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlar barədə bu həftə qərar qəbul edəcək

23.01.2024 [14:24]

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 28-dək “exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək. Secki-2024.az saytı xəbər verir ki, qanunvericiliyə əsasən, səsvermə gününə ən azı 10 gün qalanadək bu barədə qərar qəbul olunmalıdır.

Xatırladaq ki, MSK növbədənkənar prezident seçkiləri ilə əlaqədar yanvarın 18-dək "exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edib.

Növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib. Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC-dir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"u “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə keçirmək niyyətindədir.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30