“Zəfər seçkiləri hər birimiz üçün həm də böyük məsuliyyət yaradır”
07.02.2024 [20:41]
“Fevralın 7-də Azərbaycan tarixi bir gün yaşadı. Respublikamızda Yeni Azərbaycan Partiyasının (YAP) iştirakı ilə keçirlən sayca 7-ci Prezident seçkiləri böyük uğurla başa çatdı. Xalqımız müstəqillik tarixində bir ilkə şahidlik etdi. Birinci dəfə idi ki, Prezident seçkiləri ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın bütün ərazisində keçirilirdi. Bu, hər bir seçici, hər bir azərbaycanlı üçün son dərəcə qürurvericidir, eyni zamanda, bizim üçün böyük məsuliyyət yaradır.”
Bu fikirləri öz təşəbbüsü ilə Zəfər seçkilərində müşahidəçi qismində qeydiyyatdan keçən Rizvan Vahabov açıqlamasında ifadə edib. O, müşahidələrinin onda zəngin təəssüratlar yaratdığını xüsusi vurğulayıb. Bildirib ki, özü veteran seçicilərdəndir, hər dəfə də müxtəlif illərdə keçirilən seçkilərə qatılaraq vətəndaş mövqeyini ortaya qoyub. Müqayisələri əsasında gəldiyi qənaət isə belədir: Zəfər seçkiləri tariximizdə seçicilərin yüksək fəallığı şəraitində baş tutan seçkilər kimi qalacaq. Rizvan Vahabov məmnunluq hissi ilə bildirib ki, müşahidə apardığı məntəqələrdə seçki prosesinin əvvəlindən başlayaraq bütün gün ərzində izdiham yaşanıb. Müxtəlif yaş qrupundan olan insanlar məntəqələrə gələrək sərbəst seçim hüquqlarından istifadə ediblər. Eyni zamanda, məntəqələrdə seçki prosesinin rahat və demokratik şəraitdə keçməsi üçün bütün imkanlar yaradılıb. Rizvan Vahabovun sözlərinə görə, müşahidə edilən seçici fəallığı və yaradılan şərait bugünkü Azərbaycanın reallıqlarının, dövlətimizin siyasi iradəsinin və cəmiyyətimizin istəyinin ifadəsidir. Seçki prosesinin gedişindən bir daha aydın oldu ki, vətəndaşlarımız ölkənin gələcəyinə çox həssas yanaşırlar. Eyni zamanda , dövlətimiz də Azərbaycanın müasir ölkə kimi inkişafı üçün hər şeyi edir. Fikirlərinə davam edən Rizvan Vahabov vurğulayıb: “ Qeyd etdiyim kimi mən indiyədək bir çox seçkilərin iştirakçısı olmuşam . Zəfər seçkilərindəki müşahidə etdiyim seçici fəallığını ancaq 1993-cü ilin 3 oktyabrında keçirilən Prezident seçkiləri ilə müqayisə edə bilərəm. Həmin seçkilərdə insanlar o dövrdə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev amilinə görə axın-axın seçki məntəqələrinə gəlirdilər. Seçicilər dövlətimizin idarəçilik sükanının məhz böyük, müdrik siyasətçi Heydər Əliyevin əlində olmasını istəyirdilər. Bu dəfə isə qələbələr partiyası olan YAP seçkilərə Müzəffər Lider İlham Əliyevin namizədliyi ilə gedib. Mənim qənaətm ondan ibarətdir ki, seçicilər məntəqələrdə son 20 ildə Azərbaycana misilsiz uğurlar qazandıran, böyük qələbələrimizin əsas memarı olan YAP namizədi İlham Əliyevin namizədliyini dəstəkləyiblər. Məntiqlə düşündükdə bunun heç alternativi də yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

