1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür
01.03.2024 [11:25]
Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarına əsasən hər il martın 1-i təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1972-ci ildə təşkilatın Baş məclisinin qərarı ilə müəyyənləşdirilib. Həmin gün münasibətilə mülki maarifləndirici tədbirlər təşkil olunur. Təşkilata dünyanın 50-dən çox ölkəsi üzvdür. Qeyd edək ki, beynəlxalq təşkilata üzv seçilən Azərbaycan 1993-cü ildən bu mötəbər qurumla sıx əməkdaşlıq içərisindədir.
Qurumun vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin-amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin azaldılmasıdır. Tədbirlərin hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdən ibarətdir.
Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi dayanır. Mühafizənin əsas üsul və vasitələri isə insanların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan hücum, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.
Əhalinin hazırlığı
Respublikada insanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması atılan mühüm addımlardan biridir.
Fövqəladə hallar zamanı əhalinin xəbərdar edilməsi diqqətdə saxlanılaraq şəhər və rayonlarda quraşdırılan elektrik sirenlərinin sazlığı mütəmadi yoxlanılır. Respublikada mülki müdafiə işinin təşkili ilə bağlı obyektlərdə taktiki-xüsusi təlim, əməli məşğələ, konfranslar, maarifləndirici tədbirlər keçirilir. Mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığı və maarifləndirilməsi təmin edilir, ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi işləri davam edir. Fövqəladə Hallar Nazirliyi (FHN) əhalinin təhlükəsiz şəraitdə yaşaması və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilir.
Təbii və texnogen fəlakətlərə çevik və operativ reaksiya
FHN istənilən şəraitdə fövqəladə hallara cavab tədbirlərinin görülməsinə, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, hadisələrə çevik və operativ reaksiya verilməsinə hər zaman hazırdır. Nazirliyin əməkdaşları mülki müdafiə işində, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq göstərirlər.
Buna misal olaraq FHN-in xilasetmə dəstələrinin İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak etməsini göstərə bilərik. Nazirliyin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi 2021-ci ildə Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi olub. Qardaş ölkədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasa yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə yola salınan FHN-in 743 əməkdaşı fədakarlıqları ilə əsl qardaşlıq örnəyi nümayiş etdirib.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39

