Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident: Cənub Qaz Dəhlizinin genişləndirilməsi və digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin

Prezident: Cənub Qaz Dəhlizinin genişləndirilməsi və digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin

01.03.2024 [11:55]

Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Çünki Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var. 

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.

Bir çox ölkənin təbii qazla bağlı Azərbaycana müraciət etdiyini, onlardan altısının artıq təbii qaz aldığını, bir neçəsi ilə də danışıqların aparıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Qaza ehtiyac var. Bizim isə ehtiyatlarımız və infrastrukturumuz mövcuddur. Düşünürük ki, Avropa maliyyə təsisatları bu layihələrlə bağlı maliyyələşdirmə məsələsində real yanaşmalara əsaslanmalıdır. Onlar antiənənəvi enerji yanaşmalarının kölgəsində qalmalı deyil. Təbii ki, biz bunu görürük. Bizdə yaşıl keçid gedir. Lakin, eyni zamanda, heç kəs o faktı yaddan çıxarmalı deyil ki, ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz”.

Paylaş:
Baxılıb: 700 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30