QHT-lərdən açıq məktub...
05.03.2024 [10:40]
Vüqar İskəndərov: Müəyyən beynəlxalq güclər Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına maraqlı deyil
Almaniyada “Artsax” mövzusunu hansı qüvvələr gündəmə gətirmək istəyir?
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını erməni işğalından azad etməsi müəyyən beynəlxalq dairələrdə ciddi narahatlığa səbəb oldu. Həmin dairələr müxtəlif bəhanələrlə ölkəmizin dünyada imicinə zərbə vurması üçün qərəzli kampaniyalar həyata keçirirlər. Ötən ilin sentyabrında isə ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminə son qoyulması, suverenliyimizin tam bərpası isə sözügedən dairələrin əsl simasını tam çılpaqlığı ilə üzə çıxardı. Fransa başda olmaqla bəzi Qərb ölkələri əsassız olaraq Azərbaycanı etnik təmizləmədə ittiham etməyə çalışdılar. Lakin real faktlar onların bu iddialarını ifşa etmiş olur. Lakin buna baxmayaraq, Qərbdə müxtəlif qeyri-hökumət təşkilatlarının vasitəsilə qondarma “artsax” məsələsinin gündəmə gətirilməsi üçün cəhdlər davam edir.
Belə cəhdlərdən biri də Almaniyada edilir. Xarici Əlaqələr üzrə Alman Şurasının və Konrad Adenauer Fondunun təşkilatçılığı ilə martın 6-da Berlində “Artsaxın mədəni irsi” tədbirin keçirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı Azərbaycan QHT-ləri Xarici Əlaqələr üzrə Alman Şurasının direktoru Quntram Volfa və Konrad Adenauer Fondunun sədri Norbert Lammertə açıq məktub ünvanlayıb. QHT-lərimiz qərəzli və ermənipərəst təbliğat tədbirini ləğv etməyə çağıblar. Məktubda bildirilir: “Siz diplomatiya ilə sıx bağlı olan şəxslər kimi yaxşı bilirsiniz ki, Ermənistan və onun 30 ilə yaxın müddətdə mövcud olmuş oyuncaq separatçı rejimi Azərbaycan Respublikası ərazisini uzun müddət işğal altında saxlayaraq, Azərbaycan xalqının maddi və mədəni irsini məhv edib, şəhər və kəndləri Yer üzündən silib, qəbiristanlıqlara qədər hər şeyi dağıdıb. Ermənistan tərəfindən onlarla məscid uçurulub, bir çoxları mal-qara saxlanılması üçün istifadə olunaraq təhqir edilib. Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondu bir dəfə də olsun bu işğala, etnik təmizləməyə qarşı ekspert müzakirələri təşkil etməyib, Azərbaycan xalqının maddi və mədəni irsinin məhvi barədə hesabatlar yaymayıb. Qarabağda məscidlərin dağıdılması və içərisində donuz saxlanılması faktlarına münasibətdə bu susqunluq islamofobiya nümunəsidir”.
Qeyd olunub ki, 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu gün Azərbaycan dövləti öz gücünə Qarabağ və Şərqi Zəngəzurda Ermənistandan miras qalan 1.5 milyondan çox mina və partlamamış hərbi sursatdan ərazinin təmizlənməsi, genişmiqyaslı quruculuq və bərpa işləri ilə məşğuldur. Rəhbərlik etdiyiniz təşkilatlar buna da əhəmiyyət verməyib. “İndi sual edirik: yalan, saxtakarlıq və riyakarlıq üzərində qurulmuş “Arsaxın mədəni irsi” nəşri üzərində birtərəfli, qərəzli müzakirələr təşkil etməkdə məqsədiniz nədir? Berlində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündən dərhal sonra bu tədbirin təşkili qarşılıqlı etnik nifrəti artırmağa və sülh danışıqlarına zərbə vurmağa yönəlmiş addımların bir hissəsidir. Xarici Əlaqələr üzrə Alman Şurası öz rəsmi saytında Corc Sorosun Açıq Cəmiyyət İnstitutundan maliyyələşdiyini gizlətmir. Bu, islamofobiyanın təşviqinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmağa və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin ört-basdır edilməsinə səbəb olmamalıdır. Biz inanmaq istəyirik ki, sizlərin müdaxiləsi ilə məsələ həllini tapacaq və rəhbərlik etdiyiniz qurumlar “Arsaxın mədəni irsi” mövzusunda islamofob tədbiri ləğv edəcək. Biz sizləri Qarabağda və Ermənistan ərazisində Azərbaycan xalqının maddi-mənəvi irsinin yox edilməsinə dair faktları araşdırmağa və bütün tərəflərin iştirakı ilə müzakirələr təşkil etməyə çağırırıq”,-deyə müraciətdə vurğulanıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Vüqar İskəndərov bildirib ki, müəyyən beynəlxalq güclər Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasın?a maraqlı deyil. Onlar öz geopolitik maraqları naminə bölgədə həmişə gərginliyin mövcudluğunu istəyirlər. Bunun üçün isə ermənilərdən alət kimi istifadə olunur. Onun sözlərinə görə, artıq ötən ilin sentyabrından “Artsax” mövzusu tamamilə bağlanıb: “Prezident İlham Əliyev isə fevralın 7-də Xankəndidə erməni separatçılarının tabutuna son mismarı vurdu. Bu, o deməkdir ki, tarixi torpağımız olan Qarabağda erməni separatizmi heç zaman baş qaldıra bilməz. Kimlərinsə xaricdə bu mövzunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur”.
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan tolerant ölkədir və bütün xalqlar bərabər, mehriban şəraitdə yaşayırlar. Eyni zamanda, həmin xalqların mədəni irsinə də hörmətlə yanaşılır. “Lakin məlumdur ki, “Artsax” məsələsi erməni separatizminin göstəricisidir. Bəzi xarici dairələr məqsədli şəkildə bunu qabardırlar. Heç Ermənistanın özündə Qərbdəki kimi “Artsax” mövzusu gündəmə gətirilmir. Onu da nəzərə almaq lazımdır ki, bir neçə gün öncə Almaniyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirildi. Bunun ardından, iki təşkilatın Berlində “Artsaxın mədəni irsi” adlı tədbir keçirmək istəyi ilk növbədə bu ölkənin neytral vasitəçi kimi imicinə böyük zərbə vuracaq. Ona görə də, Almaniya hökuməti sözügedən tədbirin keçirilməsinin qarşısı almalıdır. Əks halda, bu ölkənin vasitəçiliyi ciddi suallar yarada bilər”,- deyə V.İskəndərov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

