Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın su ehtiyatının həcmi açıqlanıb

Azərbaycanın su ehtiyatının həcmi açıqlanıb

12.03.2024 [13:10]

2022-ci il statistikasına görə yerüstü su ehtiyatları 17 milyard kubmetr olub. 1960-1990-cı illər Azərbaycanın daha çox sululuq dövrü hesab olunur. Bu illəri indiki dövrlə müqayisə etsək su ehtiyatları 43 faiz daha azdır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müşaviri Əsəd Şirinov bildirib.

O qeyd edib ki, 30 milyard kubmetr su 17 milyard kubmetrə düşüb.

"Yeraltı su ehtiyatlarının hesablanması aparılacaq. Ancaq təqribi hesablamalara görə, 8 milyard kubmetr su ehtiyatlarımız var. Bu ehtiyatların bir hissəsi Qarabağdadır. Qarabağdakı bolsulu çaylardan istifadə edilərək su anbarları tikiləcək", - deyə Ə.Şirinov bildirib.

Müşavirin sözlərinə görə, alternativ su mənbələrinin təşviqi artırılır: "Bunun üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən dəniz suyunun duzsuzlaşdırılması layihəsini reallaşdıracağıq. Buna görə Sumqayıtda istifadəyə verilən duzsuzlaşdırma zavodu Bakının su tələbatını ödəyəcək. İkinci layihə kimi Hövsan su aerasiya sisteminin təmizlənməsidir. Təmizlənən suyun təkrar istifadə üçün müxtəlif variantları hazırlanır", - deyə ADSEA rəsmisi vurğulayıb.

Əsəd Şirinov qeyd edib ki, işğal dövründə erməni vandalizminə məruz qalan hidrotexniki qurğuların bərpası işi aparılır.

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30