Bob Menendes məhkəmə qarşısında
16.05.2024 [11:00]
Ermənipərəst senatoru ciddi cəza gözləyir
N.BAYRAMLI
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst senator Bob Menendesin məhkəmə prosesi başlayıb. Əsasən korrupsiyada ittiham olunan senatorun məhkəmə prosesi bir neçə gün öncə münsiflərin seçimi ilə başlayıb. Dairə hakimi Sidney Steinin sözlərinə görə, məhkəmə iyunun sonu və ya iyulun əvvəlinə kimi davam edəcək.
Nyu-Cersi ştatı üzrə Demokratlar Partiyasından olan senator Bob Menendesə qarşı cinayət işi Nyu-Yorkda Manhetten Federal Məhkəməsi tərəfindən ötən ilin sentyabrında başladılıb. Bir ay sonra isə ittiham aktına Misir və Qətər hökumətləri üçün xarici agent qismində iştirak etməyə görə yeni maddələr əlavə olunub. Hələ ötən il “USA Today” nəşri Bob Menendes və onun həyat yoldaşı Nadine Arslanyana qarşı irəli sürülmüş ittihamlarla bağlı məqalə dərc etmişdi. Məqalədə ABŞ-ın federal prokurorlarının verdiyi məlumata əsasən bildirilirdi ki, sövdələşmə Menendesin Misir rəsmiləri ilə görüşləri və şam yeməyi zamanı əldə edilib. Belə ki, Misirin hökumətini təmsil edən rəsmilər ABŞ-ın silah satışı və maliyyələşdirilməyə yardım etməsini istəyiblər. Menendes və həmin vaxt hələ onun sevgilisi olan Nadine Arslanyan hər iki məsələdə yardım edə biləcəklərini vəd veriblər. Bunun müqabilində Nyu-Cersidən olan vasitəçi - Vael “Uill” Hana adlı misirəsilli sahibkar Arslanyana, guya kiçik və ya onun iştirak etməsi tələb olunmayan iş vəd edib. Bu təklif, prokurorluğun cütlüyü və Hananı Nyu-Cersi ştatının baş senatorundan Misir hökumətinin aktiv aləti kimi istifadə etmək üçün sövdələşmələrə dair ittihamnamədə araşdırılan hekayənin bir hissəsidir.
Artıq senator həyat yoldaşı Nadine Menendes və Nyu Cersidən olan 3 biznesmenlə birlikdə ittiham olunur. O rüşvət alma, dələduzluq, xarici agent qismində çıxış etmə və mane olmaq kimi ittihamlar da daxil olmaqla 16 cinayət maddəsi üzrə məhkəmə kürsüsünə çıxarılır. Münsiflər seçildikdən sonra ilk dinləmələrin keçirilməsi gözlənilir. Menendezin həyat yoldaşının isə iyul ayında məhkəməsi başlayacaq.
Daha əvvəl onun evində axtarış aparılan zaman 480 min dollardan çox pul, dəyəri 100 min dollardan çox olan 13 qızıl külçə və yaxınlıqdakı bankın seyfindən 80 min dollara yaxın pul aşkar edilib. Senator bununla ikinci dəfədir rüşvət məsələsinə görə məhkəmə qarşısına çıxarılır. İlk dəfə o, 2017-ci ildə həkimlə bərabər rüşvət almada iştirak etdiyinə görə məhkəməlik olmuşdu. Lakin münsiflər yekdil qərara gələ bilmədiyi üçün işə xitam verilmişdi.
Keçən ilin payızında həbs olunduqdan sonra Menendes Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılıb. Bu payız keçiriləcək seçkilərdə o, Demokratlar Partiyasından namizədliyini irəli sürməyəcəyini bildirsə də, müstəqil namizəd kimi seçkilərə qatılacağını istisna etməyib.
Bob Menedes həm də Azərbaycana qarşı çıxışları və ermənipərəst mövqeyi ilə tanınır. Yeri gəlmişkən, Menendesin başına gələn bütün “macəralar” məhz onun ikinci evliliyindən sonra-erməni əsilli Nadine Arslanyanla “birləşəndən” sonra baş verib. “Arslanyan” soyadını Menendesə dəyişən Nadine Livan əsilli ermənidir. Bu evlilik Bob Menendesin yalnız şəxsi həyatını deyil, həm karyerasını, həm də bütövlükdə, düşüncələrini dəyişdi. Arslanyanla tanış olduqdan sonra rüşvətə, korrupsiyaya bulaşan, təmsil etdiyi dövlətin mənafeyinə zidd mövqe tutan, hətta rüşvət alaraq siyasi bəyanatlar verən Menendesin, ittihamlarda dövlət məmurlarının xarici qüvvələrin agenti kimi xidmət etməs qadağasını açıq şəkildə pozduğu qeyd olunub. Bütün bunlar təsdiqləyir ki, ermənipərəst senatoru ciddi cəza gözləyir.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

