Yelisey Sarayı yeni inqilab ərəfəsində
19.12.2024 [08:38]
5-ci Respublika süqut edir?
Bu gün Fransa sonu görünməyən ciddi təbəddülatlar içindədir. Daxili və xarici siyasətdə böhran yaşanır. Ölkə Avropa İttifaqında aparıcı mövqeyini itirib və ona inam azalıb. Afrikada, dənizaşırı ərazilərdə getdikcə daha çox ölkə Fransanın ən ağır şərtlər əsasında davam etdirdiyi neokolonializm siyasətindən birdəfəlik qurtulmaq istəyir. Paralel şəkildə, ölkə daxilində sosial narazılıqlar getdikcə artır. Bütün bunların əsas səbəbi kimi isə Makronun səhv siyasəti göstərilir. Onun iki prezidentliyi illəri Fransa tarixinin ən pis dönəmi kimi dəyərləndirlir.
Tarix təkrarlanır
Bütövlükdə götürdükdə Fransa cəmiyyəti mühafizəkarlığı qəbul etməyən, yeniliklərə və inkişafa açıq olan bir toplumdur. Tarix boyunca ölkədə baş verən inqilablar Fransanın özünü dəyişməklə bərabər, həm də bütün dünya üçün yeni bir başlanğıc olub. Bu gün Fransanın yeni bir inqilab ərəfəsində olduğu fikrini tam qətiyyətlə ifadə edə bilərik. Vəziyyət o dərəcədə kritikdir ki, hətta 5-ci Respublikanın süqutu da gündəmə gəlib. Xatırladaq ki, 5-ci Respublika 1958-ci ildə qurulub. O dövrdə yeni Konstitusiya qəbul edilib və 5-ci Respublika elan olunub.
Makron prezident seçilənədək ölkə inkişafda idi. 2018-ci ildən başlayaraq bu inkişaf tədricən bütün sahələrdə tənəzzül meyilləri ilə əvəzlənib. Hazırda geriləmə pik səviyyəyə çatıb və ölkə idarəolunmaz hala gəlib. Bunu mili iqtisadiyyatın durumu əyani şəkildə təsdiqləyir. Fransa Bankı 2025-ci illə bağlı proqnozlarında dəyişiklik edib. “Figaro” nəşri xəbər verir ki, sentyabrdakı proqnozda gələn il üçün ümumi daxili məhsulun (ÜDM) artımı 1,2 faiz gözlənildiyi halda, proqnoz 0,9 faizə endirilib. Bunun əksinə, işsizlik proqnozu 7,6 faizdən 7,8 faizə qaldırılıb.
Bu il üçün 1,1 faiz iqtisadi artım gözləyən bank 2025-ci ildə göstəricinin daha aşağı olacağı qənaətindədir. Qurum aşağı göstəriciləri büdcə siyasəti və ölkədə hökm sürən qeyri-müəyyənliklərlə izah edir. Büdcə kəsirinin isə ÜDM-in təxminən 5,5 faizinə bərabər olması gözlənilir. 2026 və 2027-ci illərdə isə Fransada cəmi 1,3 faiz iqtisadi artım proqnozlaşdırılır. O amilə də diqqət yetirmək lazımdır ki, proqnoz tərtib edilərkən ABŞ və Avropa İttifaqı arasında gələn il başlaması ehtimal olunan ticarət müharibəsi nəzərə alınmayıb.
Beləliklə, tarix təkrarlanır. Bu gün Fransa cəmiyyətinə “5-ci Respublika ölkəni uçurumun kənarından geri qaytara bilməyəcək” fikri hakimdir. Belə olan halda 5-ci Respublikanın süqutu Fransa üçün atıq bir çağırışdır. Bunu aparılan rəy sorğularının nəticələri də təsdiqləyir. Bir ildə 4 baş nazirin dəyişildiyi Fransada əhalinin dövlət qurumlarına etimadı azalıb. “Figaro” nəşrinin məlumatına əsasən, “Mascaret” təşkilatının Senat (parlamentin yuxarı palatası) və yerli KİV üçün keçirdiyi sorğunun nəticələrinə görə, fransızların 85 faizi dövlət qurumlarında islahat aparılmasını istəyir. Respondentlərin 83 faizi senator və deputatların sayının azaldılmasını, 74 faizi isə seçkilərdə proporsional sistemin tətbiqini istəyir. Rəyi soruşulanların 56 faizi isə ümumiyyətlə 5-ci Respublikanın ləğvini və 6-cı Respublikanın qurulmasını istəyir.
Yelisey Sarayı təqdim edilən rəy sorğusunun nəticələrini ciddi siqnal kimi qəbul etməlidir. Söhbət dövlətçiliyin, bütövlükdə ölkənin taleyindən gedir. Daxilli və xarici siyasətdə kardinal dəyişikliklər edilməən ölkəni düşdüyü bataqlıqdan çıxarmaq mümkün olmayacaq.
Makron pis prezidentdir
Makron ilk prezidentliyi dönəminin əvvəlində özünü cəmiyyətə radikal dəyişikliklər tərəfdarı, islahatçı lider obrazında təqdim edirdi. Lakin onun islahatçılığı, apardığı məcburi dəyişikliklər yada Don Kixotun yel dəyirmanı ilə cəngə çıxmasına bənzəyir. Aydın şəkildə görünür ki, Makronun verdiyi qərarlar absurd səciyyə daşıyır, onların çox az qismi milli və qlobal çağırışlara, cəmiyyətin sosial sifarişlərinə adekvatlıq təşkil edir. Belə gedişlə hara qədər irəliləmək mümkündür? Yerində sayan ölkəni isə zamanın sərt burulğanında məhv olmaq təhlükəsi gözləyir.
Bütün bu qənaətlərdən çıxış edən Fransa cəmiyyətinin yekdil mövqeyi belədir ki, Makron postunu tərk etməlidir. Hərcənd ki, onun özü bunu qətiyyətlə rədd edir. Makron “istefa” çağırışlarına məhəl qoymayaraq bildirib ki, 2027-ci ildən qabaq - növbəti prezident seçkilərindən əvvəl vəzifəsindən getmək niyyətində deyil.
Ancaq Makronun israrları, kreslosundan ikiəlli yapışması əbəsdir. Rəy sorğusunda iştirak edən fransızların dörddə üçü Makronu pis prezident hesab edir. Bu, “Odoxa” şirkətinin sorğusuna əsaslanan araşdırmadan məlum olub.
Makronun yaxşı prezident olub-olmaması ilə bağlı suala respondentlərin 74 faizi “xeyr” cavabını verib. Sağçı “Milli Birlik” partiyasının tərəfdarlarının 94 faizi prezidentin fəaliyyətini bəyənmədiklərini bildiriblər. Solçu “Əyilməz Fransa” partiyasının tərəfdarlarının 86 faizi də eyni fikirdədir. Sorğuya əsasən, rəyi soruşulanların 52 faizi hesab edir ki, prezident bir dəfədən artıq müddətə namizədliyini irəli sürmək hüququna malik olmamalıdır.
Araşdırmada qeyd olunub ki, bu cür aşağı reytinq təkcə hazırkı siyasi vəziyyətlə deyil, həm də fransızların qəbul etmədiyi prezidentin şəxsiyyəti ilə bağlıdır. Bundan əlavə, fransızlar ölkədəki siyasi böhrandan son dərəcə narahatdırlar və geniş miqyaslı inzibati islahatların keçirilməsini tələb edirlər. Belə ki, respondentlərin 56 faizi 6-cı Respublikaya keçidin zəruri olduğunu düşünür.
Məlumata görə, araşdırma dekabrın 11-12-də onlayn şəkildə keçirilib və sorğuda 1005 nəfər iştirak edib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31

