/ / Dağlıq Qarabağ münaqişəsi indiyədək həll olunmamış qalsaydı, bilirsiniz nələr olardı?!..... Dağlıq Qarabağ modeli və Ukrayna modeli....
Dağlıq Qarabağ münaqişəsi indiyədək həll olunmamış qalsaydı, bilirsiniz nələr olardı?!..... Dağlıq Qarabağ modeli və Ukrayna modeli....
12.03.2025 [12:49]
"Dünyadakı indiki beynəlxalq münasibətlər,mövcud münaqişələrə ayrı - ayrı ölkələrin yanaşmaları Dağlıq Qarabağ münaqişəsinin həll olunduğu 2020- ci ildəki vəziyyəti bir daha yada salmağı və müqayisələr aparmağı diktə edir. Adına böyük deyilən dövlətlər Azərbaycanın haqqına ədalətli yanaşmasalar da, ləng mövqe tutsalar da, problemin həllindən çox onun dondurulmasına və ya yarımçıq həllinə çalışsalar da, Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək həmin böyük adlandırılan dövlətlərin cəsarətlə gözünə soxurdu ki, biz haqlıyıq, ərazilərimiz qaytarılmalıdır, 1991- ci il Almatı bəyannaməsi əsasında BMT- nin tanıdığı ərazilərə və sərhədlərə qayıtmalıyıq."
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz "Facebook" səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Heç bir dövlətin o zaman cəsarəti və gücü çatmadı ki, Azərbaycana açıq şəkildə "işğal olunmuş əraziləri unudun" desin və təzyiq göstərsin. Heç bir dövlətin gücü çatmadı ki, bizə "1991- ci ilin sərhədlərinə qayıtmaq mümkünsüzdür" desin.... O zamanlardan cəmi 4 il keçdi. Bütün dünya gördü ki, özünə böyük deyən dövlətlər həmin absurd mövqeyi və haqsız iddianı açıq şəkildə deyə bildilər. 4 il əvvəl Azərbaycana deyə bilmədiklərini indi Ukraynaya həyasızcasına dedilər. Dedilər ki, 2014- cü ildəki sərhədlərə qayıtmağınız mümkün deyil və işğal edilmiş ərazilərin qayıtması fikrini unudun. Nümayiş etdirilən bu cür siyasətlə beynəlxalq hüquq normalarının və BMT- nin nüfuzunun zibilxanaya atıldığı başqa söhbətin mövzusudur. Bizim üçün, Azərbaycan üçün önəmli olan odur ki, 4 il əvvəl - 2020 - ci ildə dünya bizə deyə bilmədiklərini bu gün Ukraynaya dedi. Bu dövlətin, bu xalqın beynəlxalq hüquqla müəyyənləşmiş haqqına açıq sayqısızlıq edərək dedilər, deyirlər və buna uyğun hərəkət edirlər..
Dağlıq Qarabağ münaqişəsi bu günlərə kimi həll edilməmiş saxlansaydı, heç kimin şübhəsi qalmasın ki, həmin ədalətsiz iddia və tələblər Azərbaycanın da qarşısında qoyulardı.O başqa məsələdir ki, biz bunlarla heç bir halda razılaşmazdıq. Ancaq onlar edərdi və "Ermənistanın işğal etdiyi ərazilərin hamısının geri qaytarılması artıq mümkün deyil" deyərdilər. Trampın bu gün Ukraynaya dediyi kimi....
Dağlıq Qarabağ münaqişəsinin həll modeli və hazırda Ukrayna müharibəsinin həllinə yönəlik hazırlanmaqda olan model 21- ci əsrin əvvəlləri üçün iki xarakterik və bir - birindən tam fərqli modellərdi.Mənim ehtimallarıma görə bundan sonra Ukrayna müharibəsinin 4 il əvvəl Dağlıq Qarabağ münaqişəsinin həll prinsiplərinə uyğun həll olunması imkanları çox zəifdir. Bəlkə yoxdur. Yəni işğal olunmuş ərazilərin tam geri qaytarılması prinsipinin əsas götürüləcəyi mümkün görünmür. Ümumiyyətlə, bundan sonra dünyadakı bütün mövcud ərazi münaqişələrinin Dağlıq Qarabağ modelində, yəni bütün işğal olunmuş ərazilərin geri qaytarılması prinsipi ilə həll olunması az qala qeyri- mümkün kimi görünür. Ukrayna müharibəsinə tətbiq edilməkdə olan modelin bundan sonra bütün münaqişələrdə əsas götürüləcəyinə şübhə yoxdur, yəni işğal olunmuş ərazilərin ya heç qaytarılmaması, ya da ən yaxşı halda qismən qaytarılması prinsipi əsas tutulacaq...
Bu mənada Dağlıq Qarabağ münaqişəsinin və Ukrayna müharibəsinin həlli modelləri dünyanın indiki böyük KEÇİD DÖVRÜ üçün iki ən xarakterik model kimi beynəlxalq münasibətlər tarixində qalacaq. Beynəlxalq siyasi və hüquqi münasibıtlərin bir mərhələdən başqa mərhələyə keçməyə başladığını indi hamı etiraf edir. Beynəlxalq hüquqi və siyasi münasibətlərin keçmiş və yeni dövrləri barədə artıq cəsarətlə danışa bilərik. Dağlıq Qarabağ münaqişəsinin həll modeli beynəlxalq siyasi və hüquqi münasibətlərin köhnə dövrünün ən xarakterik son modeli kimi tarixdə qalacaq. Bundan sonra dünyada hansısa münaqişənin Dağlıq Qarabağ kimi işğal faktının tam aradan qaldırılması şərtilə həll olunacağı mümkünsüzdür. Ukrayna müharibəsinin hazırlanmaqda olan həll modeli isə yeni beynəlxalq hüquqi və siyasi münasibətlərin ilk xarakterik modeli olacaq. Yəni işğal faktının tanınması və ya normal sayılması prinsipi əsasında münaqişələrin həll modellərinin dövrü başlayır....
Beynəlxalq hüquqi və siyasi münasibətlərin köhnə dövrdən yeniyə keçidi arasında cəmi 4 illik aralıqda Dağlıq Qarabağ münaqişəsini həll etmək Azərbaycan xalqının və dövlətimizin tarixində ən xoşbəxt hadisə kimi qalacaq. Təsəvvür etmək çətin deyil ki, Dağlıq Qarabağ münaqişəsi bu günlərədək həll olunmamış qalsaydı, biz necə olardıq?! Ukraynaya "Krımdan, Donbasdan və s. əl çəkin" deyənlər bizə " Dağlıq Qarabağın işğalı ilə barışın" deməzdilər? Deyərdilər, üstəlik təkid edərdilər... Hələ Ukraynanın dünyada bu qədər dostlarının olduğu şəraitdə belə reallıqlar baş verir....
Dağlıq Qarabağ münaqişəsinin həll modeli yenilənməkdə olan beynəlxalq münasibətlərin köhnə dövrünün ən xarakterik və son modeli kimi tarixə düşəcək. Buna kimsənin şübhəsi olmasın...."
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

