Kipr məsələsi Cenevrədə...
19.03.2025 [09:15]
Sammitdən nə gözlənilir?
Kipr məsələsi üzrə danışıqlar prosesi yenidən bərpa oluna bilər - qeyd edək ki, martın 17-18 - də Cenevrədə Millətlər Sarayında BMT-nin himayəsi altında və BMT-nin baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə Kipr nizamlanmasına dair ikigünlük sammit keçirilib. Qərb KİV-lərinin məlumatına görə, sammitin məqsədi ada probleminin həlli üçün Kiprin yunan və türk tərəflərini 2017-ci ildə yarımçıq qalmış danışıqların bərpasına təşviq etməkdir. Məlumat üçün bildirək ki, Genevrədəki danışıqlar “5+1” formatında keçirilib - danışıqlar masasında adanın yunan və türk icmalarının liderləri Ersin Tatar və Nikos Kristodulides ilə yanaşı, prosesdə zəmanətçi qismində çıxış edən üç dövlət - Türkiyə, Yunanıstan və Britaniyanın XİN rəhbərləri Hakan Findan, Yorqos Herapetritis və Stiven Doti, o cümlədən Avropa İttifaqının nümayəndə heyəti də iştirak edib. Sammitdə əsas müzakirə mövzusu danışıqlar prosesinin bərpası ilə bağlı olub.
50 ildə nəticəsizdanışıqlar
1974 - cü ildən başlayaraq 2017-ci ilə qədər Kipr probleminin nizamlanması üzrə ikitərəfli və çoxtərəfli formatlarda bir çox danışıqlar aparılıb. Problemin həlli üçün bir sıra həll variantları irəli sürülüb. Danışıqlar prosesində türk icmasının əsas hədəfi adada federal dövlətin yaradılması və federal çərçivədə türk tərəfini yüksək özünüidarəetmə statusu ilə təmin etmək hüququnu tanıtdırmaq olub. 1977-ci ildə BMT-nin vasitəçiliyi ilə türk və yunan icmalarının rəhbərləri Rauf Denktaş və keşiş Kristodules Makarios arasında keçirilən danışıqlarda hər iki tərəf adada federal dövlətin əsasının qoyulması üçün saziş imzalayırlar - sazişdə siyasi və iqtisadi hüquqların qarşılıqlı şəkildə tanınması öz əksini tapmışdı. Lakin Makariosun ölümündən sonra bu saziş qüvvədən düşdü. 1979-cu ildə ABŞ və BMT tərəfindən federal normalara söykənən həll planları irəli sürülsə də, hər iki tərəfin bir çox məsələlərdə ortaq məxrəcə gəlməməsi buna imkan vermədi. 1983-cü ildə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini elan etdi və ŞKTR-nin müstəqilliyi Türkiyə tərəfindən dərhal tanındı. Buna baxmayaraq, BMT-nin himayəsi altında hər iki tərəf arasında danışıqlar davam etdi. 1983-1986, 1991-1994 və 2002-2004 -cü illərdə BMT-nin vasitəçiliyi ilə aparılan ikitərəfli və “5+1” formatındakı danışıqlarda BMT-nin Baş katibliyi tərəfindən federal prinsiplərə əsaslanan müxtəlif həll variantları irəli sürüldü. BMT-nin təkliflərinə görə, adada həm türk, həm də yunan icması yüksək özünüidarəetmə statusuna və xüsusi siyasi və iqtisadi zonalara malik olmalı, eyni zamanda, türk və yunan icmalarının nümayəndələrindən ibarət qanunverici, icraedici və məhkəmə sistemi formalaşdırılmalı idi. Bu variantlarda türk və yunan məcburi köçkünlərin mülki hüquqları ilə bağlı məsələlər də öz həllini tapmalı idi. BMT-nin həll planları ŞKTR-nin prezidenti Rauf Denktaş tərəfindən müsbət qarşılansa da, yunan tərəfinin rəhbərliyinin riyakarlığı və türk düşmənçiliyi səbəbindən bu variantlar da həyata keçmədi. Hətta 2004-cü ilin aprelin 24-də Kiprin türk və yunan tərəfində vahid federal dövlət şəkilində birləşmək üçün keçirilən referendumda adanın türk əhalisinin 64.90 faiz bu ideyanı müsbət, yunanların 75.83 faiz isə bunu mənfi qarşılamışdı. Referendumun nəticələri onu sübut etdi ki, adada türklərin özünüidarəetmə hüquqlarına malik olması yunan icmasında birmənalı qarşılanmır. Amma yenə də ŞKTR-nin Rauf Denktaşdan sonrakı rəhbərləri Mehmet Əli Talat, Dərviş Əroğlu və Mustafa Akıncı yunan tərəfi ilə ikitərəfli formatda, o cümlədən üçtərəfli və beştərəfli formatda danışıqları davam etdirdi. Sözsüz ki, danışıqlarda ənənəvi həll variantları üzərində müzakirələr aparılırdı. On iki illik danışıqlarda da heç bir şəkildə ortaq razılaşma əldə olunmadı. Təbii ki, burada əsas günahkar elə yunan tərəfinin rəhbərliyi idi. 2017-ci ilin yayında İsveçrədə keçirilən son danışıqlar da nəticəsiz bitdi. Məhz bundan sonra danışıqlar prosesi tamamilə donduruldu.
Ümidlər var?
Martın17-18 -dəki Cenevrə görüşlərindən sonra danışıqlar prosesinin yenidən canlanması məsələsinə gəlincə, türk ekspertləri hesab edirlər ki, prosesin tezliklə bərpa olunacağı gözlənilmir. ŞKTR-nin beynəlxalq münasibətlər üzrə eskpertləri Ahmet Sözən, Bülent Evre, Küdrət Özərsay və Yücel Vural Kipr Radio Yayım Qurumuna müsahibəsində Cenevrə sammitindən gözləntilər, rəsmi danışıqların nə zaman başlayacağı və federal həll variantlarının yenidən gündəmdə olub-olmayacağı ilə bağlı məsələlərə aydınlıq gətiriblər. Ekspertlərin fikrincə, hazırkı durumda hər iki tərəf arasında ciddi fikir ayrılıqları müşahidə olunur və rəsmi danışıqların başlanması üçün münasib şərait yoxdur - bu baxımdan onlar yaxın zamanda mühüm dəyişikliklərin baş verəcəyini gözləmədiklərini bildiriblər.
Yeganə həll yolu nədir?
ŞKTR-in hazırkı prezidenti Ersin Tatar Kipr probleminin həllinin yalnız “iki dövlətli” plan çərçivəsində mümkün olduğunu bildirib - o, yerli və xarici media qurumlarına açıqlamalarında dəfələrlə ŞKTR-nin statusunun beynəlxalq səviyyədə tanınmasının vacibliyini vurğulayıb. Qeyd edək ki, belə bir həll planı vaxtilə İsrail-Fələstin münaqişəsinin nizamlanması üçün irəli sürülmüşdü və plan hələ də gündəmdədir. Realığa baxanda, prezident Ersin Tatar öz mövqeyində tamamilə haqlıdır. Çünki son 50 ildə türk icması yunan icması ilə adada vahid federal dövlət qurmaq uğrunda mübarizə aparırdı və qanlı münaqişənin baş verməsinə rəğmən yunanlarla birgə yaşamağa hazır olduğunu bəyan edirdi. Amma yunan tərəfinin rəhbərliyi türk icmasının dostluq və birgə yaşayış çağırışlarını düzgün qiymətləndirmədi, türk tərəfinin siyasi, iqtisadi və mədəni hüquqlarını tanımaq istəmədilər. İndi isə federal dövlətin əhəmiyyətindən dəm vururlar. Artıq çox gecdir. Vaxtilə uzunan ələ hörmət etmək lazım idi.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

