Çağdaş ideologiya - Asif Adil YAZIR...
19.03.2025 [14:57]
Milli ideologiya yaradıcı beyinlərin daim diqqət mərkəzində olmalı və cəmiyyətin intellektual kəsimini hər zaman düşündürməlidir. Ən azından ona görə ki, ideologiya cəmiyyəti və dövləti müxtəlif sarsıntılardan qoruya biləcək əsas amillərdən biridir. İnformasiya texnologiyalarının yaratdığı qlobal dalğaların təsiri altında milli identiklik amili getdikcə öz aktuallığını itirir və bu proses müəyyən mənada hətta artıq qaçılmazdır. Qeyd olunan obyektiv proseslərin fonunda ideologiya amili bu gün heç zaman olmadığı qədər öz dəyərini artırmış olur.
Burada tarixi Qələbəmizi yada salsaq, yenə də ideologiyanın müstəsna əhəmiyyətini görə bilərik. İdeologiya xalq və dövlət olaraq birliyimizi, habelə cəmiyyətdə mövcud olan potensialların səfərbərliyini təmin edir. Müasir dövrdə mili ideologiyanın başqa bir funksiyası — cəmiyyətin mobilliyi də müstəsna əhəmiyyətə malikdir. Cəmiyyətin bu bacarığı qısa müddət ərzində istənilən hədəfə nail olmağa köməklik edir. Məhz postmüharibə dövründə cəmiyyətin mobilliyi qısa müddət ərzində dövlətin bərpa olunması və inkişafına xidmət edən tükənməz resursdur. Bəzi ölkələrin timsalında bunun dəfələrlə şahidi olmuşuq. Qeyd olunan məsələlər məsuliyyətli vətəndaşı düşündürməyə bilməz. Əlbəttə ki, ölkənin intellektual cameəsi mövcud məsələdə öz güclərini əsirgəməməli və hətta bu məsələdə öndə getməlidir. Çünki ideoloji müstəvidə yaranan boşluqları sosial şəbəkələrdə yaşanan “eybəcərliklər” çox qısa zaman kəsimində doldura bilər, bu isə olduqca təhlükəli tendensiyalara gətirib çıxardacaqdır.
Bəllidir ki, milli və dövlət ideologiyasının formalaşmasının bir neçə əsas metodologiyası mövcuddur. Onlardan biri dövlət başçısının siyasəti və ritorikası, digəri isə cəmiyyətin intellektual kəsiminin nəzəri çalışmalarıdır. Prezident İlham Əliyevin məsələ ilə bağlı hətta açıq şəkildə səsləndirilmiş “sifarişlərinə” rəğmən intellektual kəsim hələ də cəmiyyətin müzakirəsinə fundamental hesab olunacaq çalışmaları təqdim etməyib. Dövlət başçısı isə tam əksinə, çağdaş ideologiyamızın məzmun və modelini müəyyən edə biləcək fikirləri davamlı olaraq öz çıxış və müsahibələrində səsləndirir. Əlbəttə ki, mövcud məsələdə sanballı nəticələri əldə etmək üçün Prezident İlham Əliyevin çıxışlarından sadəcə sitatların gətirilməsi yetərli sayıla bilməz. İdeoloji müstəvini informativ təbliğat işi ilə qarışdırmaq olmaz.
Bu il martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyevin tərəfindən səsləndirilmiş fikirlər mütləq olaraq çağdaş ideologiyamızın formalaşması prosesində nəzərə alınmalıdır. Unutmayaq ki, milli ideologiya öz mahiyyətinə görə şərti prioritetlər sistemidir. Bu prioritetlər həm dövlət quruculuğu prosesində, həm də ictimai münasibətlərin bütün müstəvilərində nəzərə alınmalıdır. Yalnız bu halda milli ideologiya yaşam və düşüncə tərzinə, habelə cəmiyyətin inkişafında güclü amilə çevrilə bilər.
Prezident İlham Əliyevin Suqovuşan kəndində səsləndirdiyi bəzi fikirləri qeyd edək.
Sitat 1: “Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk.”;
Sitat 2: “Biz gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızı geri aldıq, işğalçıları torpaqlarımızdan qovduq.”;
Sitat 3: “Bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir.”;
Sitat 4: “Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə.”;
Sitat 5: “Amma ədalət o vaxt zəfər çalır ki, iradən də var, gücün də var və haqqın da çatır. Bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi Zəfəri çaldıq.”;
Sitat 6: “İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir.”.
Qeyd olunan fikirlər çağdaş ideologiyamızın müvafiq olaraq növbəti prioritetlərini müəyyən edir: Müzəffər Ordumuz Qalib xalqın qürur mənbəyidir, habelə Ordu – Xalq birliyi müasir Azərbaycanı səciyyələndirən əsas keyfiyyətlərdəndir; gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və Azərbaycan gəncliyinin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi; öz gücünə söykənən müstəqil siyasətin reallaşdırılması; cəmiyyətin parçası olan hər bir vətəndaşa hörmət və layiqli həyat; “Qalib xalq” məfhumunun xalqın ictimai təfəkküründə təsbit olunması; “ədalət” prinsipinin qorunması; “güclü fərd - güclü millət - güclü dövlət” düsturunun tətbiqi; modernləşmə və informasiya cəmiyyəti qaydalarının mənimsənilməsi.
Qısaca olaraq onu da əlavə edə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə inşa olunan demək olar ki, bütün yeni yaşayış məkanlarının açılışında Prezident İlham Əliyev bilavasitə özü iştirak edir. Milli ideologiya kontekstində isə dövlət başçısının bu cür addımları növbəti vacib mesajı özündə ehtiva edir: dövlət-xalq birliyi. Siyasi münasibətlər müstəvisində isə cəmiyyətə sözügedən mesaj ölkəmizdə aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti vasitəsilə ötürülür. Heç şübhəsiz ki, bütün dövlət aparatı və vətəndaş cəmiyyəti institutları qeyd olunan şərti ideoloji prioritetlərə xidmət etməlidir.
Asid Adil
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

