ABŞ-Aİ qarşıdurmasının pərdəarxası...
02.04.2025 [09:27]
ABŞ ilə Avropa İttifaqı arasında ciddi gərginlik hökm sürür - belə ki, artıq bir müddətdən çoxdur ki, Brüsselin və Vaşinqtonun son zamanlar həm siyasi, həm də iqtisadi müstəvidə baş verən hadisələrə, o cümlədən beynəlxalq ictimaiyyətdə yaşanan hazırki proseslərə münasibətində fikir ayrılıqları müşahidə olunur. ABŞ-ın yeni dövlət rəhbərinin addımları Aİ-nin və Avropa ölkələrinin liderləri tərəfindən birmənalı qarşılanmır. Demək olar ki, Vaşinqtonun yeni siyasi xətti Avropa liderlərini ciddi təşvişə salıb. ABŞ-Aİ münasibətlərində son prosesləri dəyərləndirən bir çox ekspertlər hesab edirlər ki, ABŞ və Avropa arasında münasibətlər daha əvvəlki qaydada olmayacaq, xüsusilə də ənənəvi kollektiv Qərb anlayışı fiaskoya uğramağa doğru gedir. Onların iddialarına görə, hazırki durumda ABŞ və Aİ-nin regional təhlükəsizlik məsələsində, eləcə də iqtisadi-ticari məsələlərdə ortaq məxrəcə gəlməsi qeyri-mümkündür və gərginlik daha da dərinləşəcək.
Ukrayna, Qrenlandiya, təhlükəsizlik...
ABŞ-Aİ münasibətlərində gərginlik bir sıra səbəblərə söykənir. Qeyd etmək lazımdır ki, Trampın Ağ Evə geri döndükdən bəri Rusiya-Ukrayna münaqişəsi ilə bağlı yürütdüyü siyasət Aİ-nin siyasi gündəmi və siyasi maraqları ilə ziddiyyət təşkil edir. Əvvəlki Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası Rusiya ilə Ukrayna arasındakı müharibənin tez bir zamanda sona çatmasında və atəşkəsin elan olunmasında maraqlıdır. Trampın Putin ilə təmasları daha da intensivləşdirməsi, Ağ Evdə Zelenski ilə danışıqların gərgin keçməsi, xüsusilə də fevral-mart aylarında Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda və Ciddə şəhərində təşkil olunan ABŞ-Rusiya və ABŞ-Ukrayna danışıqları bunu sübut edir. Avropa İttifaqı və bəzi Avropa ölkələrinin liderləri isə Trampın siyasi çabalarına qarşı əks gedərək Ukraynada müharibənin davam etməsinə çalışırlar. Ağ Evin rəhbərinin münaqişənin dondurulması istiqamətində addımlar atdığı bir zamanda müəyyən Avropa ölkələri Ukraynaya maliyyə və silah-sursat yardımını davam etdirirlər. Eyni zamanda, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə Aİ-nin dəvət olunmaması, həm Vaşinqtonun, həm də Moskvanın bu danışıqları ikitərəfli qaydada aparmaqda qərarlı olması Avropa liderlərini ciddi şəkildə qəzəbləndirib.
Bununla yanaşı, yeni administrasiyanın Şimali Atlantikanın regional təhlükəsizliyinə baxış bucaqları, ən əsası da Trampın öz çıxışlarında, hətta ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Münhen Təhlükəsizlik Konfransında çıxışında ABŞ-ın Avropanın təhlükəsizliyinə bundan sonra cavabdeh olmaqda maraqlı olmayacağını bəyan etməsi, habelə Trampın Qrenlandiyanı ABŞ-a birləşdirməkdə iddialı olmasını da ABŞ-Aİ münasibətlərində gərginliyin başlıca amilləri hesab etmək olar.
İqtisadi münasibətlərdə gərginlik
Siyasi münasibətlərdə olduğu kimi iqtisadi münasibətlərdə də gərginlik yaşanır. Qeyd edək ki, Tramp fevralın 27-dəki çıxışında Avropa İttifaqından idxal olunan mallara 25 faizlik rüsum tətbiq edəcəyini bəyan etmişdi - onun sözlərinə görə, rüsumlar əsasən avtomobillərə və digər məhsullara yönələcək. Ən maraqlısı isə Qərb KİV-lərində yayımlanan son məlumatlarda qeyd olunur ki, ABŞ Avropa İttifaqının Ticarət Palatasına ticarət münaqişəsinin gərginləşməsi ilə bağlı xəbərdarlıq edilib - bildirilib ki, bu gərginlik hər il 9,5 trilyon dollar dəyərində olan transatlantik biznesi ciddi şəkildə təhdid edə bilər. Son statistik məlumatlara görə, 2023-cü ildə ABŞ ilə Aİ arasında mal və xidmət ticarətinin həcmi rekord səviyyəyə, yəni 2 trilyon dollara çatıb. Lakin ABŞ-ın Aİ-dən idxal olunan polad və alüminiuma qarşı yeni tariflər tətbiq etməsi, Aİ-nin də buna cavab olaraq əks tədbirlər nəzərdən keçirməsi bu müsbət dinamikanı poza bilər. Bundan əlavə, Vaşinqton Avropa şərabları və alkoqoluna da 200 faizlik gömrük rüsumu tətbiq etməyi nəzərdən keçirir. Ekspertlərin fikrincə, iqtisadi-ticari münasibətlərdə gərginlik yalnız mal dövriyyəsi ilə məhdudlaşmayacaq, həmçinin xidmət və energetika sahəsinə də təsir göstərəcək.
Tramp Aİ-dən nə istəyir?
Tramp Aİ-yə öz nifrətini və qəzəbini gizlətmir - o, çıxışlarının birində bildirib ki, Avropa İttifaqı ABŞ-a zərər vurmaq üçün yaradılıb. Sözsüz ki, Trampın Aİ-yə münasibətinin arxasında müəyyən səbəblər dayanır. Qərbdə bir çox ekspertlər qeyd edirlər ki, Tramp Avropa ölkələrinə hərbi xərcləri artırmağı tələb edir və təhlükəsizlik problemlərini özlərinin həll etməsini istəyir. Ekspertlər, həmçinin belə bir fikirdədirlər ki, Tramp Aİ-nin qayğısına qalmaq yox, əksinə ondan faydalanmaq və Aİ-ni ABŞ-dan asılı vəziyyətə salmaq niyyətindədir. Tramp istəyir ki, Avropa ölkələri enerji resurslarını məhz ABŞ-dan idxal etsinlər. Hətta iddia olunur ki, hazırki administrasiya Aİ və Çin arasında iqtisadi əlaqələri zəiflətməkdə maraqlıdır.
Daxili gərginlik
Aİ-nin Ukrayna ilə bağlı siyasəti, ABŞ və Rusiyaya münasibəti Aİ-nin iki üzv ölkəsi - Slovakiya və Macarıstan tərəfindən müsbət qarşılanmır. Hər iki ölkə Ukraynada müharibənin tezliklə başa çatmasını və Rusiya ilə diplomatik-siyasi və iqtisadi-ticari münasibətlərin bərqərar olunmasını istəyir. Təbii ki, hər iki ölkə rəhbərlərinin bu siyasəti Aİ-nin liderləri tərəfindən qəzəblə qarşılanır. Demək olar ki, onların siyasətinə qarşı dözümsüz münasibət sərgilənir. Slovakiyanın Baş naziri Robert Fitso son mətbuat konfransında bildirib ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen martın 31-də baş tutan telefon danışığı zamanı onu Trampla danışıqlar apardığına görə təhqir edib. Baş nazirin sözlərinə görə, Lyayen onu “axmaq” adlandırıb.
Eyni zamanda, Qərb KİV-ləri bildirirlər ki, Almaniyada bu yaxınlarda qurulacaq koalisiya hökumətinin rəsmiləri Aİ-nin üzv ölkələrini Macarıstanın baş naziri Viktor Orbana qarşı sanksiyalar tətbiq etməyə çağırırlar.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

