USAID, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” ifşa olunub...
11.04.2025 [10:12]
Növbə “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” və digərlərinə də çatmalıdır
Bir sıra güc mərkəzlərinin milli dövlətlərə qarşı qərəzli planlar hazırlamaları, rəngli inqilablar yolu ilə qanuni hakimiyyətləri oyuncaq rejimlərlə əvəzləməyə çalışmaları hazırda beynəlxalq münasibətlər sisteminin məyusluq doğuran reallıqlarından biridir. Belə ssenarilərdə adətən “yumşaq güc” alətlərindən - müxtəlif adlar altında formalaşdırlan “beynəlxalq” təsisatlardan, feyk məlumatlar yayan transmilli mediadan, qrantlar müqabilində ələ alınan “beşinci kolon” təmsilçilərindən geniş istifadə olunur.
Azərbaycanda iflasa uğrayan məkrli planlar
Hədəf kimi bir qayda olaraq qətiyyətli siyasi iradəyə sahib olan dövlətlər seçilir. Real müstəqillik və suverenlik prinsiplərindən çıxış edən ölkəmiz də zaman-zaman belə cəhdlərlə üz-üzə qalıb. Açıq Cəmiyyət İnstitutunun Cənubi Qafqazın hər cəhətdən lider ölkəsi olan Azərbaycanda da layihələri var idi. Qurum ölkəmizdəki ayrı-ayrı marginal qruplara vəsaitlər ayıraraq burada da idarə olunan xaos ssenarilərini reallaşdırmaq istəyirdi. Ancaq dövlətinə, milli maraqlara möhkəm tellərlə bağlı olan Azərbaycan cəmiyyəti Sorosa və onunla eyni sırada yer alan digər azərbaycanafob dairələrə sərt təpki göstərməyi bacarır. Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda sualları cavablandırarkən, əslində, əvvəlki illərdə seçkilərimizə müdaxilənin, necə deyərlər, texnoloji proseslə edilmədiyini diqqətə çatdırıb və Milli Demokratiya İnstitutunun bədnam planının iflasa uğramasından danışıb. Bildirildiyi kimi, məkrli ssenarilərin mexanizmi çox sadə idi. Birincisi, Qərbin qeyri-hökumət təşkilatlarından Azərbaycana pullar göndərilirdi. Paralel şəkildə, Qərb mediasında anti-Azərbaycan təbliğatı aparılırdı. Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı “Vaşinqton Post”, “New York Times” kimi nəşrlər, Fransanın hökumətyönlü “Figaro” və “Le Monde” kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır. Bunu özlərini üzdə bizə dost kimi göstərənlər edirdilər. Əvvəlki illərdə xaricdən ölkəyə maliyyə axınına tam şəkildə nəzarət edilməməsi səbəbindən Milli Demokratiya İnstitutu kimi bədnam qurumlar respublikamızda hökuməti devirmək planını işə salmağa cəhd göstəriblər. Azərbaycanın müvafiq qurumları bu planın üstünü açmağa müvəffəq oldular. Qısa vaxt ərzində bank hesabından bir milyon ABŞ dollarından çox vəsaitin nağdlaşdırıldığı aşkalandı. Məlum oldu ki, həmin pullar müxalifətyönlü fəalların kirayələdikləri mənzillərində “Molotov kokteylləri”nin hazırlanmasına və digər belə məqsədlərə yönəldilir. Hökumət binalarına, polislərə necə hücum etmək təlimatları hazırlanmışdı. Prezident İlham Əliyev açıq şəkildə vurğulayıb ki, 2005-ci ildə buradakı narıncı inqilab cəhdləri ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdu.
İndi bunu etmək daha çətindir. Çünki birincisi, ölkədə maliyyə sisteminə tam nəzarət edilir. İkincisi, yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlər qeydiyyatdan keçməlidir. Görülən tədbirlərin nəticəsi olaraq pul qaçaqmalçılığının əhatə dairəsi əhəmiyyətli dərəcədə daralıb. Baxmayaraq ki, belə cəhdlərə yenə də rast gəlinir. “Ümidvaram ki, bu bitəcək, çünki tamamilə faydasızdır, mənası yoxdur. Kimin kim olduğunu hamı bilir. Amma buna baxmayaraq, bizdə zəmanət yoxdur ki, onlar bir gün yenə də bir kukla gətirib prezident kürsüsünə otuzdurmaq, sonra da yenidən Azərbaycanı istədikləri kimi idarə etmək fikrinə düşməyəcəklər”, - deyə Prezident İlham Əliyev bildirib.
Qərəzli təbliğat maşınının ifşa olunmasında daha dərinə getmək lazımdır
İndiyədək ayrı-ayrı ölkələrdə rəngli inqilab ssenarılərinin hazırlanmasında və həyata keçirilməsində həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) xüsusi fəallıq göstərib. Eləcə də bu planlarda “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” kimi media qurumları, “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” kimi “beynəlxalq” təsisatlar da rol alıblar. Həmin təşkilatlardan və media qurumlarından Azərbaycana qarşı da təzyiq aləti kimi istifadə olunub. USAID 1991-ci ildən etibarən respublikamızda müxtəlif adlar altında təqdim olunan layihələrə 450 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Hesabatlarda bu vəsaitin media, qeyri-hökumət təşkilatları və iqtisadi islahatlara dəstək üçün ayrıldığı bildirilsə də, USAID-in respublikamızdakı fəaliyyəti bir qayda olaraq qərəzli məzmun kəsb etməsi ilə fərqlənib və zaman-zaman çirkin əməllər ifşa olunub. Məlumdur ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAID dərhal proseslərə müdaxilə etməyə cəhd göstərdi. Qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi, “Qarabağ hadisələrindən zərər çəkənlərə” 4,1 milyon dollardan çox əlavə humanitar yardım ayırdığını bildirdi. O zaman Pauer Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “beynəlxalq müşahidə missiyasının yaradılması” kimi bədnam təşəbbüsü də irəli sürmüşdü.
İş elə gətirdi ki, bəzi milli dövlətlər üçün bir növ qara kabus qismində çıxış edən USAID və digər qurumlar elə ABŞ-ın özündə yeni administrasiya tərəfindən ifşa olundu. “Prezident Trampın başladığı iş çox ümidvericidir, lakin hesab edirəm ki, o, dayanmamalıdır. USAID, əlbəttə ki, bir nəhəngdir, tamamilə korrupsiyaya uğramış bir qurumdur. Bu haqda danışmışam. Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq.”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

