Makron Madaqaskarda...
25.04.2025 [10:09]
Yelisey Sarayı Hind okeanını böyük bazar kimi görür
Bugünkü Fransanın reallıqları ilə prezident Makronun iddiaları üst-üstə düşmür. Makron yeni dünya nizamının formalaşdığı indiki mərhələdə ölkəsini qlobal güc mərkəzlərindən birinə çevirməklə bağlı planlar qursa da, bu perspektiv heç üfüqdə də görünmür. Məhz onun iki prezidentliyi dönəmində həyata keçirilən səriştəsiz siyasət ucbatından daxili gərginliklərlə, yeni inqilab dalğası ilə üz-üzə qalan Fransa beynəlxalq nüfuzunu da sürətlə itirməkdədir.
Təbii ki, Makron ölkəsi ətrafında baş verənlərin fərqindədir. O, proseslərin bu şəkildə irəliləməsi ilə barışmaq istəmir və yaranmış vəziyyətdə dönüş yaratmaqdan ötrü canfəşanlıq göstərir, müxtəlif manipulyativ davranışlar sərgiləyir. Analitiklər Makronun Hind okeanı turnesinə çıxmasını da çox doğru olaraq məhz bu nöqteyi-nəzərdən dəyərləndirirlər. Yelisey Sarayının sahibi Mayot və Reyunyondan sonra Madaqaskara gedib. Lakin səfərlə bağlı daha çox pessimist ruhda rəylər və proqnozlar verilir ki, bu da səbəbsiz deyil.
Xoş məramdan uzaq olan səfər
Makronun Madaqaskara səfəri, bütövlükdə Hind okeanı turnesi heç də xoş mərama əsaslanmır. Məlumdur ki, Fransa zamanında müxtəlif vasitələrlə Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Hazırda isə müstəmləkə ərazilərində əks proseslər gedir. Həmin ərazilərdə aborigen xalqların Fransadan qopmağı hədəfləyən mübarizəsinin əhatə dairəsi davamlı olaraq genişlənir. Müstəmləkə ölkələri Fransanın sümürmə siyasətindən qurtulub öz talelərinin sahibi olmağa, müstəqilliyə qovuşmağa, milli kimliklərini qoruyub saxlamağa can atırlar. Madaqaskar da bu sırada yer alır. Makronun bəhs olunan səfərinin əsas məqsədi də Hind okeanında Fransanın rolunu bir daha təsdiqləməkdir. Makron Madaqaskara aydın ambisiya ilə gedib. O, Hind-Sakit okean strategiyasını inkişaf etdirmək üçün Hind okeanında fransızların təsirini artırmaq istəyir. Hələ Reyunyon adasında olanda Makron belə bir iddia səsləndirib: “Hind-Sakit okean regionunda 8000-dən çox əsgərimiz var. Bu, gözlədiyimiz və inkişaf etdirdiyimiz işin nəticəsidir. Mən də buna görə Madaqaskarda Hind Okeanı Komissiyasında iştirak etmək istədim. Burada regional əməkdaşlıq və iqtisadi təhlükəsizlik məsələlərində Fransanın mövqeyini müdafiə edəcəyəm”.
Fransa prezidenti vurğulayıb ki, ölkəsi özünü regionda güclü dövlət kimi təqdim edir. Buna görə də Qəmər adalarının etirazına baxmayaraq, Mayotu Hind Okeanı Komissiyasının proqramlarına uyğunlaşdırmaq üçün imkanlara malik olacağına ümid bəsləyir: “Həqiqətən də, fikir ayrılıqlarımız var. Lakin biz onlara hörmətlə və hər şeydən əvvəl praqmatizmlə yanaşa bilərik”.
Məlumdur ki, Yelisey Sarayı indiki mərhələdə artan etirazları nəzərə almaqla klassik müstəmləkəçiliyi neokolonializm metodları ilə əvəzləyir. Burada forma dəyişsə də, yeni teminlərdən istifadə olunsa da, rəsmi Paris müstəmləkə ambisiyalarından əsla geri çəkilmir. Yelisey Sarayının yeni kolonializm siyasətində müstəmləkə ölkələrinə iqtisadi təzyiq göstərilməsi, onların maliyyə asılılığında saxlanılması qırmızı xətt kimi keçir. Ada dövlətləri məhz Fransanın onilliklər ərzində ağır şərtlər altında davam etdirdiyi müstəmləkəçilik siyasətinə görə öz iqtisadiyyatlarını qura bilməyiblər və asılı vəziyyətdədirlər. Bundan istifadə edən rəsmi Paris isə müstəmləkə ərazilərində təbii sərvətlərin talanmasının miqyasını getdikcə daha da genişləndirir və daha sərt metodları işə salır. Həmçinin aydın olur ki, Yelisey Sarayı Hind okeanını böyük bazar kimi görür. Makron ölkəsinin iqtisadi maraqlarını gizlətməyib və açıq mətnlə bildirib ki, Hind Okeanı Komissiyasının bazarını fəth etməliyik. “Şərqi Afrika, Hind okeanı, müəyyən sektorlarda Hindistana qədər uzanan estafet... Biz dünyaları dəyişirik”, - deyə Fransa prezidenti vurğulayıb.
Makronun Madaqaskar səfərinin Fransanın Mozambik kanalı ilə bağlı maraqlarına dair müzakirələrlə yadda qalacağı da gözlənilir. Afrika qitəsini Madaqaskardan ayıran bu dəniz zonasında rəsmi Antananarivo bir neçə fransız adasına iddia edir. Ərazi mübahisəlidir, çünki bu kəsişmə çox stratejidir. Uzunluğu 1500 kilometr olan Mozambik kanalı, ilk növbədə son aylarda Qırmızı dənizdə yaranan gərginlik fonunda qlobal dəniz nəqliyyatı marşrutu qismində yenidən diqqət mərkəzinə gəlib. “Attika analiz” məsləhət firmasının eksperti Jan-Mark Balensiyaya görə, Süveyşdən keçən beynəlxalq nəqliyyatın böyük bir hissəsi Mozambik kanalına yönləndirilib ki, bu da buradan istifadə edən nəqliyyatın əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bu, vacib strateji marşrutdur, çünki Şimali Amerika və Avropa bazarlarına çıxmağa imkan verir. Həmçinin balıqla çox zəngin olan Mozambik kanalının suları əhəmiyyətli qaz və neft ehtiyatlarına malikdir. Balensiyanın verdiyi məlumata əsasən, Tanzaniyada istismar artıq başlayıb. Mozambikin Kabo Delqado bölgəsində çox vacib yataqlar mövcuddur. Lakin təhlükəsizlik problemi layihənin düzgün işləməsinə mane olur. Mayot adasında olanda Makron Mozambik kanalının malqaşlar üçün iqtisadi imkanlarını vurğulayıb. Bildirib ki, Fransanın iri şirkətləri tezliklə orada yerləşdirilməlidir.
Göründüyü kimi, Makron tələsir. O, yeni geosiyasi reallıqlar və çağırışlar fonunda ölkəsinin iqtisadi maraqlarını önə çəkir. Bəri başdan Makronun planlarının reallaşacağını söyləmək isə çətindir. Çünki Mozambik kanalı digər güc mərkəzlərinin də maraq dairəsindədir. Rəqabətdə isə biz son vaxtlar rəsmi Parisin ardıcıl uğursuzluqlarının şahidi oluruq...
Tarixə aydınlıq gətirilməlidir
Makronun planlarını puç edəcək əsas amillərdən biri isə Fransanın üzqarası siyasətidir. Bu ölkə Madaqaskarda da kədərli izlər qoyan müstəmləkəçilik tarixinə malikdir. Madaqaskar Hind okeanının qərbində və Afrikanın cənub-şərqində Madaqaskar və digər adaların üzərində yerləşən dövlətdir. Fransa parlamenti 1896-cı ilin avqustunda Afrikanın şərqindəki Madaqaskar adasını Fransanın müstəmləkəsi elan edərək adaya 15 min əsgər göndərilməsinə qərar verib. 1897-ci ilin sonlarında müqavimət hərəkatı tamamilə boğulub və adanı idarə etmək üçün general-qubernatorluq yaradılıb.
Rəsmi Paris digər ərazilərdə törətdiyi müstəmləkəçilik cinayətlərini, zaman-zaman Madaqaskarda da təkrarlayıb. Onun xələfləri belə addımlar ataraq etiraflarda bulunublar. Belə ki, 2005-ci ildə Jak Şirak Madaqaskara sonuncu dövlət səfəri zamanı müstəmləkə sisteminin həddini aşması nəticəsində yaranan repressiyaları “qəbuledilməz” adlandırıb. İyirmi il sonra tarixçilərin Makrondan gözləntiləri daha çoxdur. Onlar qaranlıq sahələrin son dərəcə çox olduğunu, məsələn, müstəmləkəçilik dövrünün başlanğıcında nə qədər insanın başının kəsildiyinin bilinmədiyindən danışırlar. Mütəxəssislərə görə, başqa bir qaranlıq məsələ 1947-ci ildə baş vermiş mart üsyanı qurbanlarının sayıdır. Mənbələrdə bu say 10 min - 100 min arasında olduğu göstərilir. 2016-cı ildə prezident Fransua Olland 1947-ci ilin martında adanın Fransa tərəfindən qəddar repressiyaya məruz qaldığını etiraf edib və minlərlə qurbandan danışıb. Ona görə də Makron bu hadisələrlə bağlı xüsusi qeydlər etməlidir.
“Gələcək nəsil üçün tarixə aydınlıq gətirilməlidir. Gözlədiyimiz odur ki, Fransa bizim müstəmləkə zorakılığı dediyimiz hadisələri işıqlandırmaq və hər kəsin məsuliyyətini müəyyən etmək üçün Kamerunda yaratdığımız komissiyaya bənzər bir qurum yaratsın. Biz general və polislərimizlə bağlı məlumatları bilmirik. Bununla bağlı arxivlərə müraciət edə, müvafiq məlumatları işıqlandıra bilərik”, - deyə malqaş tarixçi bildirib. Ümumi qənaət belədir ki, Makron rəsmi Parisin siyasi sifarişləri əsasında adada törədilən cinayətlərə görə Fransanın adından üzr istəməlidir. Öz növbəsində mütəxəssislər hesab edirlər ki, bu proses yalnız “üzr istəyirik” deməklə bitməməli, təzminat ödənilməli, bərpa tədbirləri görülməli və digər müvafiq işlər həyata keçirilməlidir. Yelisey Sarayına inam yalnız bundan sonra yarana bilər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13

