Siyasi dialoq: qazanan kimdir? TƏHLİL
30.04.2025 [17:58]
Ölkənin siyasi gündəliyi kifayət qədər zəngindir. Qeyd olunan təsbit artıq danılmaz həqiqətdir. Aktiv siyasi həyat isə bilavasitə demokratik münasibətlərin əsas göstəricilərindəndir. Sözügedən mülahizəni inkar etməyi tələsənlər, ilk növbədə, onu anlamalıdırlar ki, “inkar” mövqeyinin mövcudluğu və mümkünlüyü belə öz-özlüyündə fikir müxtəlifliyinin əsas əlamətlərindəndir. Sosial şəbəkələr sayəsində fitri “siyasətşünasların” sayı artıq ulduz falı ilə məşğul olan “münəccimlər” qədər artıb. Vaxtilə dünyanın qlobal məsələlərini çayxanalarda “həll edənlər”, indi demək olar ki, tamamilə sosial şəbəkələrə transfer olunublar. İctimai məsuliyyət hissini tanımayan bu cür fitri siyasətşivənlərin ziyanlı demaqogiyaları virus kimi internet məkanında dolaşıb yayılır. Yeri gəlmişkən, unutmayaq ki, sərhədsiz internetin mövcudluğu özü demokratiyanın aynasıdır.
Bu fikirlər politoloq Asif Adilin “Siyasi dialoq: qazanan kimdir?” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Əlqərəz, mətbuatdan bizə məlum oldu ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da baş tutmuş növbəti səfərdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər. Sayca 6-cı olan budəfəki səfərin ünvanı Laçın idi. Xatırladaq ki, sağlam əməkdaşlıq mühitinin bərqərar olunmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran və Xankəndiyə təşkil olunub.
Təfərrüatlara varmadan razılaşın ki, bu, ilk növbədə, kifayət qədər maraqlı, eyni zamanda, cəmiyyəti siyasətdə sağlam, rasional və peşəkar münasibətlərə alışdıran təcrübədir. Hökumətin bu cür təşəbbüslərində siyasi partiyaların fəal iştirakı sayəsində cəmiyyətdə həmrəylik mühiti qorunur, habelə siyasətçilər arasında milli maraqlar müstəvisində dövlət naminə şəxsi ambisiyalardan imtina olunması mədəniyyəti formalaşdırılır. Bunun nəticəsində isə “MƏN” düşüncə paradiqması tədricən “BİZ” düşüncə paradiqması ilə əvəz olunur. Əlbəttə ki, mövcud tendensiyanın yaranmasında qazanan tərəf məhz Azərbaycan cəmiyyətidir.
Həmrəylik kontekstində əlamətdar və müsbət haldır ki, sözügedən səfərlər Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məkanların rəsmi açılışlarından və Qarabağa köçmüş sakinlərlə görüşlərdən sonra təşkil olunur. Sözügedən hal bir daha ölkəmizdə sağlam xalq-dövlət, habelə iqtidar-müxalifət münasibətlərinin mövcudluğundan xəbər verir. Odur ki, siyasi dialoq mühiti, eyni zamanda, milli birliyin funksional və ideoloji bünövrəsidir. Bu mənada “dialoq” qarşımızda artıq dövlətin strateji resursu kimi çıxış edir.
Heç şübhəsiz ki, siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühiti yaratmaqla tərəflər arasında konstruktiv əməkdaşlığı təşviq edir. Bu o deməkdir ki, siyasi münasibətlərin keyfiyyəti artır, onların təyinat baxımından məzmunu isə dövlət və cəmiyyətin inkişafına yönəlir. Çünki ideya, resurs və fərqli icra metodologiyaların potensiallarının səfərbər olunmasından qazanan tərəf yenə də məhz cəmiyyət və dövlət ola bilər. Burada qeyri-ixtiyari Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi yada düşür. Dövlətimizin başçısı tərəfindən müəyyən olunmuş bu ideoloji düstur dayanıqlı inkişafın və milli birliyin əsasıdır.
Əlbəttə ki, yalnız düşmən mövqedə olan və öz xəstə ambisiyalarının torlarında boğulanlar siyasətdə dialoq mühitini həzm edə bilməz. Onlar dialoqu siyasətdə öz tərəf-müqabili və cəmiyyətlə yox, dialoqu məhz məkrli qüvvələr, öz maniakal ambisiya və satılmış qəlbləri ilə aparmağa üstünlük verirlər. Təsadüfi deyilmir ki, düşmənin mövqeyi dövləti zəif etməz, onu həssas edən xain mövqedə olanlardır. Ancaq yaxşını pisdən seçməyi bacaran müdrik Azərbaycan xalqının xaos və yeni təxribatlar niyyəti ilə aprelin 27-də mitinq keçirməklə bağlı olan vətənşivənlərin ucuz çağırışlarına cavabı həmrəylik və yoldaşlıq mühitində milli tariximizin zirvəsi olan işğaldan azad olunmuş ərazilərə birgə səfəri oldu. Bəli, sözügedən səfər məhz bu cür dəyərləndirilməlidir. Çünki siyasi partiyalar öz ətrafında Azərbaycan cəmiyyətinin üzvləri olan insanları birləşdirirlər.
Sözügedən səfərlə bağlı siyasi partiya sədrlərinin mətbuatdakı şərhlərinə diqqət yetirəndə onlar tərəfindən dialoq mühitinə verilən dəyəri açıq şəkildə görmək mümkündür. Bu, olduqca sevindirici haldır, onlar anlayırlar ki, dialoq inkişaf deməkdir, o cümlədən sədrlik etdikləri partiyaların inkişafı deməkdir. Dialoq sayəsində partiyalar özlərini cəmiyyətə tanıtdırmaq imkanı qazanırlar və əvəzolunmaz təcrübə əldə edirlər. Önəmli məqamlardan biri də odur ki, məhz siyasi dialoq mühiti sayəsində vaxtilə bir-biri ilə düşmənçilik edən siyasi partiyalar bu gün bir masa ətrafında yığışır, onları düşündürən məsələləri müzakirə edirlər. Sözügedən hal dolayısilə ölkəmizdə vətəndaş cəmiyyəti institutunun inkişafına da zəmin yaradır. Bütün bu qeyd olunanlar partiyaların effektiv siyasi institut kimi inkişafını təmin edir. Odur ki, Prezident İlham Əliyevin siyasi iradəsi və bilavasitə şəxsi təşəbbüsü ilə ölkəmizdə təşviq olunan siyasi dialoq mühiti bir “yaşam modelidir”. Əlbəttə ki, bundan qazanan Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti və onun vətəndaşıdır.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

