BCM-ni tərk edən 3-cü ölkə...
02.05.2025 [08:43]
Budapeşt bu məhkəmənin Nizamnaməsini qəbul etməyib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsini tərk edib - qeyd edək ki, aprelin 29-da Macarıstan parlamentində ölkənin BCM-in üzvlüyündən çıxması ilə bağlı qərar qəbul edilib. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “X” sosial şəbəkəsində qeyd edib ki, BCM öz qərəzsizliyini və etibarını itirdiyinə və siyasiləşmiş instituta çevrildiyinə görə, Budapeşt bu qurumu tərk etmək qərarına gəlib. Xatırladaq ki, Macarıstan parlamentində BCM-ni tərk etməklə bağlı məsələ keçən ayın əvvəlində müzakirəyə çıxarılıb. Həmin zaman Macarıstan Baş nazirinin aparat rəhbəri Qergeli Qulyaş jurnalistlərə açıqlamasında bildirmişdi ki, digər BCM üzvü olan ölkələrdən fərqli olaraq, Macarıstan heç vaxt bu məhkəmənin nizamnaməsini qəbul etməyib -o, bunu Roma statutunun Macarıstanın daxili qanunvericiliyinin tərkib hissəsi olmaması ilə əsaslandırıb: “Bizim aydın hüquqi mövqeyimiz ondan ibarətdir ki, Macarıstanda BCM-nin Nizamnaməsinə əsasən heç kim həbs edilə və burada heç bir şəxsə qarşı hər hansı bir “proses” başlana bilməz”, - deyə Q.Qulyaş Budapeştin Beynəlxalq Cinayət Məhkəməsinin siyasiləşmiş instituta çevrildiyi üçün daha məhkəminin üzvü olmaq istəmədiyini vurğulamışdı.
BCM-ni tərk edən ölkələr
Macarıstandan əvvəl Burundi (2017) və Filippin BCM-in üzvlüyündən çıxıblar. Macarıstan qurumu tərk edən üçüncü ölkədir. Bəzi mənbələrin məlumatlarına görə, həm Brundinin, həm də Filippinin BCM-ni tərk etməsinin səbəbi qurumun həmin ölkələrdə törədilən cinayətlərə düzgün hüqiqi qiymət verməməsi olub.
Tərk etmə prosesi hansı halda mümkündür?
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 127-ci maddəsinə görə, BCM-yə üzv olan istənilən ölkə qurumu tərk edə bilər. Lakin BCM-in üzvlüyündən çıxmaq yalnız bu halda mümkündür; Üzv ölkənin rəhbərliyi əvvəlcə BMT-nin Baş katibinə məktub ünvanlamalı və məktubda üzvlükdən çıxmanın səbəbləri qeyd olunmalıdır. Bir il ərzində BMT-nin Baş Katibliyində həmin ölkənin müraciətinə baxılır və yekun qərar qəbul edilir. Üzvlükdən çıxarılma ilə bağlı qərar yalnız bir ildən sonra qüvvəyə minir. Roma Statutun 127-ci maddəsində, həmçinin vurğulanır ki, hər hansı ölkə BCM-ni tərk etsə belə, cinayətlərin araşdırılması istiqamətində Roma Statutundan irəli gələn öhdəliklərini yerinə yetirməlidir.
BCM-in təsir mexanizmləri yetərli deyil
Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, BCM mühakimə edən təşkilat olsa da, qurumun o qədər güclü və yetərli təsir mexanizmləri yoxdur; “BMT Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs orderlərini icra edə bilməz, çünki onun 193 üzvündən hamısı məhkəməni tanımır. Digər ölkələrin köməyindən asılı olan BCM-in indiyədək effektiv mexanizmləri olmayıb. Məsələn, məhkəmə 2023-cü ilin yazında Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Putin Rusiyada həbs oluna bilməz və o, ölkəsini tərk edib Roma statutunu qəbul edən ölkənin ərazisinə səfər etdiyi halda həmin ölkənin hökuməti onu həbs edib Haaqa məhkəməsinə verə bilər. Nəzərə alaq ki, Putin onu həbs edəcək ölkələrə səfər etməyib. Buna görə də bu həbs orderinin həyata keçməsi hələ ki, mümkünsüz görünür.
İllik büdcəsi 160 milyon dollar olan BCM indiyədək cəmi 40 iş üzrə qərar verib və 10 nəfər haqqında hökm çıxarıb. Məhkəmə Sudanın keçmiş lideri Ömər əl-Bəşir və Liviyanın öldürülən prezidenti Müəmmər Qəddafinin həbsinə order verib. Məhkəmənin əsas problemlərindən biri onun institusional polis qüvvələrinin olmamasıdır. Həbs qərarı olan şəxslərin BCM-yə gətirilməsi ilə bağlı problemlər var. Bəzi üzv dövlətlər məhkəminin orderlərini yerinə yetirməkdən çəkinir və məhkəmə ilə əməkdaşlıq etmirlər. Əl-Bəşir, Putin, Netanyahu haqqında həbs qərarının icra olunmaması buna gözəl nümunədir”.
Macarıstan öz qərarında haqlıdır
Politoloq Tural İsmayilov qəzetimizə açıqlamasında bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi bu günə qədər dünyanın müxtəlif ölkələrində insanlıq əlehinə törədilən bir sıra cinayətlərə düzgün hüquqi qiymət verməyib; “Son zamanlar BCM-in atdığı addımlar bu qurumun nə dərəcədə siyasiləşmiş təşkilata çevrildiyini deməyə əsas verir. Bu günə qədər BCM bir çox ölkələrə qarşı münasibətdə qeyri-obyektiv və ədalətsiz mövqe sərgiləyib və yalnış addımlar atıb. Bu da qurumun fəaliyyəti ilə bağlı narazılığın artmasına gətirib çıxarıb. Bütün bunları nəzərə alan Macarıstan hökuməti də çox düzgün və doğru qərar verib. Avropa İttifaqının Macarıstana təzyiqlərinə rəğmən, Budapeştin BCM-ni tərk etməklə bağlı qərar qəbul etməsi bu ölkənin nə qədər güclü və haqlı mövqedə olduğunu göstərir. Eyni zamanda, Budapeştin bu addımı bir daha onu sübut etdi ki, BCM-in qərarlarından özlərinin çirkin məqsədləri üçün istifadə edən dövlətlər uğur qazana bilməzlər. Onu da qeyd edim ki, BCM müharibə cinayətləri ilə bağlı qərarlarında və dövlətlərə qarşı münasibətində qərəzsiz, əldalətli və obyektiv yanaşmadan çıxış etməlidir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

