NATO daxilində yeni güc mərkəzləri yaranır?
11.06.2025 [09:15]
Avropa alyans daxilində yeniliklər etmək niyyətinə düşüb
Böyük Britaniya NATO-da öz hərbi gücünü, ağır silahlarının sayını və təhlükəsizlik imkanlarını artırmaq qərarına gəlib. Rusiya-Ukrayna müharibəsinin yeni - qeyri stabil mərhələyə qədəm qoyduğu, eləcə də ABŞ - Rusiya yaxınlaşması fonunda rəsmi Londonun bu istiqamətdə addımları birmənalı qarşılanmır. Britaniya mediasının son məlumatlarında qeyd olunur ki, Baş nazir Kir Starmer nüvə başlıqları arsenalının modernləşdirilməsi və sualtı qayıqların tikintisi proqramının yenilənməsi, o cümlədən Britaniya Silahlı Qüvvələrinin gələcək döyüşlərə hazırlanması ilə bağlı məsələlərdə ciddi tapşırıqlar verib.
K.Starmer iyunun 2-də Qlazqoda keçirilən mətbuat konfransında bəyan edib ki, ölkəsinin müdafiə siyasəti bundan sonra NATO ilə daha sıx koordinasiyalı şəkildə yürüdüləcək - o, çıxışında alyansın Böyük Britaniyanın strateji gücünün əsas dayağı olduğunu vurğulayıb.
Eyni zamanda, K.Starmerin NATO-nun Baş katibi Mark Rütte ilə Dauninq Stritdə görüşü də xüsusi diqqət çəkir. Görüş zamanı hər iki lider NATO-da sabitlik və təhlükəsizliyin təmin edilməsi, alyansın üzv ölkələrinin müdafiə sənayesinin möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ilə bağlı məsələləri müzakirə ediblər. Mark Rütte ilə söhbətində Starmer NATO-nun 80 ildən artıq müddətdə Avroatlantik regionda sülh və təhlükəsizliyin təməl daşı olduğunu, habelə alyasın Britaniya vətəndaşlarının təhlükəsizliyi baxımından da həyati əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, ikitərəfli görüşdə NATO-nun gələcək maliyyələşdirilməsi, milli dayanıqlılığın gücləndirilməsi və kritik infrastrukturun qorunması məsələləri də əsas müzakirə predmenti olub. Qeyd edək ki, son dövrlərdə Avropa kontingenti NATO-da özünün çəkisini artırmaq üçün əməli fəaliyyətə keçib - xüsusilə, Böyük Britaniya, Fransa və Almaniyanın bu istiqamətdə addımları diqqəti cəlb edir. Prezident Emmanuel Makronun və baş nazir Fridrix Mertsin son bəyanatları da bunu təsdiqləyir.
Şimal alyansında yeni “çətir” axtarışı
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ukrayna cəbhəsində döyüşlərin daha da şiddətlənməsindən sonra Avropa məkanında təhlükəsizlik ilə bağlı çağırışlar mütəmadi hala çevrilib. “Bu gün Avropa ölkələri ciddi narahatlıq içərisindədirlər - onlar öz təhlükəsizliyi və milli müdafiələri barədə düşünməyə başlayıblar, hərbi xərclərini artırmağı planlaşdırırlar və bu istiqamətdə Avropa liderləri arasında məsləhətləşmələr aparılır. Böyük Britaniyanın Baş naziri Kir Starmer və NATO-nun Baş katibi Mark Rütte arasında baş tutan görüşdə milli müdafiə və təhlükəsizliklə bağlı məsələlər əsas müzakirə mövzusu olub. Avropa Siyasi Birliyinin, habelə digər platformaların əsasının qoyulmasında başlıca mahiyyət Avropanın təhlükəsizliyinin qorunması ilə bağlıdır”, - deyə İ.Hüseynov bildirib. Almaniya, Fransa və Böyük Britaniyanın gələcək müdafiə siyasəti ilə bağlı məsələyə gəlincə, İ.Hüseynov vurğulayıb ki, hər üç ölkə regional və beynəlxalq səviyyədə hərbi - siyasi və iqtisadi - siyasi gücünə görə fərqlənir: “Qlobal iqtisadiyyatda öz ÜDM göstəricisi ilə seçilən Böyük Britaniya, Fransa və Almaniya həm mülki, həm də hərbi məhsulların istehsalı üzrə ixtisaslaşmış ölkələrdir. Xüsusilə, Almaniya daha çox seçilir - bu ölkə Avropanın ağır sənayesinin inkişafında geniş paya malikdir. Son 70 ildə mülki məhsulların istehsalı ilə məşğul olan Almaniyanın ağır sənaye müəssisələri bu gün hərbi təyinatlı məshulların istehsalına diqqət ayırmağa başlayıblar”.
Avropanın çəkisi arta bilər
“Şübhəsiz ki, ABŞ-ın hazırkı administrasiyasının xarici siyasəti, ən əsası da ABŞ-Rusiya yaxınlaşması Avropa ölkələrini milli müdafiə və təhlükəsizlik siyasətində zəruri addımlar atmağa vadar edir. Bu gün ABŞ-ın dəstəyi olmadan öz silahlı qüvvələrini daha da möhkəmləndirmək üçün həyata keçirilməsi nəzərdə tutulan planlar ilkin strateji prioritetə çevrilib. Bir məqamı da əlavə edim ki, yaxın zamanda NATO-da yeni güc mərkəzlərinin meydana çıxmasının şahidi ola bilərik,”- deyə İ.Hüseynov qeyd edib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

